Qeyri-müəyyən orbiti olan böyük asteroidin 2182-ci ildə yerlə toqquşması gözlənilir
28-07-2010
FaktXeber.com-un "İkar" jurnalına istinadən verdiyi məlumata görə, 560 metr diametri olan nəhəng asteroidin yerlə toqquşacağı güman edilir. Yaxın 10 ildə belə bir toqquşmanın olacağı ehtimal edilməsə də, asteroidin 2182-ci ildə yeri ziyarət edəcəyi bildirilir.
Belə bir bəyanatla İspaniyanın Valyadolid Universitetinin astronomu Mariya Eyxeni Sansaturio çıxış edib. Asteroid 1999-cu ildə kəşf edilib və RQ36 adı verilib. Onun rəhbərlik etdiyi qrupun araşdırmalarına görə, aparılan riyazi hesablamalar sözügedən asteroidin 2182-ci ildə yerlə toqquşacağını göstərir. Və toqquşma 2 dəfə ola bilər.
Bundan əlavə bildirilir ki, Günəş ətrafına hərəkət edən RQ36 asteroidinin xaotik trayektoriyası var və bu da onun dəqiqi trayektoriyasının müəyyənləşdirilməsində çətinliklər yaradır.
Qeyd edək ki, rus mühəndis-texnoloq İvan Yakovski 1900-cu ildə belə bir fikir irəli sürmüşdü ki, asteroidlərin gündüz Günəşdən aldıqları termal radiasiya gecələr soyumağa başlayır və bu da göy cismlərinə əlavə sürət verir.
Məhz bunu nəzərə alaraq söyləmək olar ki, RQ36-nın Yerə növbəti dəfə hansı məsafədə yaxınlaşacağını müəyyənləşdirmək çətindir.
Alimlər həmçinin bildirilər ki, 2060-cı ildə asteroidin Yerlə toqquşmaq ehtimalı çox azdır. Amma 2080-ci ildə bu ehtimal 4 dəfə artacaq. Sonra yenidən azalacaq, bu ehtimal 2162 və 2182-ci ildə yenidən artacaq.