Tanınmış mikrobloq servisi Twitter öz platformasına fotoşəkil və video kontenti inteqrasiya etməyi planlaşdırır
28-07-2010
Faktxeber.com-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu xidmətlər yaxın vaxtlarda istifadəyə veriləcək.
Bir qədər əvvəl mikrobloq servisinin bəzi istifadəçiləri Tweet Media funksiyasının əmələ gəldiyinin şahidi olmuşdurlar. Funksiyanın izahında bildirilirdi ki, istifadəçilər lentlərinin baxılması üçün qeydiyyatdan keçdikləri bloqerlərin fotoşəkil və videoçarxlarını avtomatik qaydada görə bilər. Bütün istifadəçilərin multimedia kontentinə baxmaq üçün isə funksiyanı aktivləşdirmək lazımdır.
Lakin yeni imkan çox güman ki bəzi istifadəçilərin səhifələrində Twitter proqramçılarının səhvi ucbatından əmələ gəlib və qısa müddətdə yığışdırılıb.
Bundan sonra Twitter-də bildiriblər ki, servis doğrudan da ismarışlara multimedia kontentinin daxil edilməsi funksiyasının tətbiqi üzərində işləyir.