Alimlər, Google Earthdəki peyk görüntülərini araşdıraraq, 2 min illik bir krater kəşf etdi.
28-07-2010
FaktXeber.com-un verdiyi məlumata görə, italyan və misirli alimlərdən ibarət qrup Böyük Səhra çölündə böyük bir krater kəşf edib. Ancaq kəşf edilən krateri digərlərindən ayıran ən əhəmiyyətli xüsusiyyəti isə, onun Google Earth sayəsində elm adamları tərəfindən tapılmasıdır...
Google Earthin peyk görünüşlərini istifadə edərək "Kamil" adlı krateri kəşf edən elm adamlarına görə, Kamil, dünyanın "pozulmamış və orijinal halını mühafizə edən" 5 kraterindən biridir...
Kamil adlı kraterin 2 min il əvvəl yarandığı qeyd edilir. Onun diametri 44 metr, dərinliyi isə 16 metrdir.