UEFA Avropa Liqasının üçüncü mərhələsi çərçivəsində Polşanın “Visla” klubu ilə görüşəcək “Qarabağ” klubu artıq Krakov şəhərindədir. Klubdan verilən məlumata görə, Krakov “Qarabağ”ın futbolçularını leysan “qarşılayıb”. “Qarabağ”ın üzvləri leysan yağışa baxmayaraq “Visla”nın stadionunda məşq ediblər. Saat yarım keçən məşq prosesində futbolçularımız xeyli çətinliklə üzləşiblər.
“Qarabağ” bu gün oyunun baş tutacağı stadionda sonuncu məşqinə çıxaraq oyun saatını gözləyəcək.
Xatırladaq ki, “Visla” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.