Argentina Futbol Assosiasiyasının Şurası (AFA) Argentina futbol yağmasının baş məşqçisi ilə müqaviləni uzatmamaq haqda qərar verib.
28-07-2010
APA-nın məlumatına görə, bu haqda Argentina dövlət televiziyası ilə çıxış edən AFA-nın rəhbəri Ernesto Çerkis Bialo deyib. Beləliklə AFA Maradonanın şərtlərini qəbul etmədi. Maradona bildirmişdi ki, yığmanın bütün məşqçi heyəti tutduğu vəzifədə qaldığı halda o yığmanı hazırlamaqda davam edəcək
Bialonun sözlərinə görə yığmanın yeni məşqçisi Argentinanın gənclərdən ibarət yığma komandasının məşqçisi Serjio Batista olacaq.
Xatırladaq ki, Batistanın Argentina milli komandası Pekin Olimpiadasının qalibi olub.