İtaliya mətbuatı, Real Madridin Maykon transferi etsdiyi xəbərlərini yazıblar
27-07-2010
Faktxeber.com-un verdiyi məlumata görə, "La Gazzetta dello Sport" bildirib ki, "Real Madrid" ilə "İnter" Braziliyalı Maykonun transferində razılaşıblar. "Real Madrid" Maykona 28 milyon avro təklif edib. Bu təklifin "İnter" tərəfindən qəbul edilidiyi bildirilir. "La Gazzetta dello Sport" qeyd edib ki, artıq son söz Maykonundur. Əgər Maykondan müsbət cavab gələrsə, transfer 48 saat ərzində reallaşacaq.
"Real Madrid" klubu Maykona dörd illik müqavilə və illik 5.5 milyon avro ödəməyə hazır olduğu açıqlayıb.