Türk əsilli amerikalı professor insanların öz hüceyrələrinin bur dərdə dərman olacağını bildirir
27-07-2010
Bir çox qadınlarda hamiləliyin davam etməsini təmin edən metaboloriks üsulu süni mayalanma ilə əmələ gələn körpələrin müalicəsində cığır açıb. Elm adamları insanların öz hüceyrələrindən sperma və ya yumurta əldə edərək qısırlığı tamamilə yox etməyə imkan verən tibbi kəşfə doğru irəliləyirlər.
Bu barədə Türkiyə mətbuatında yazılıb. ABŞ-ın Yal Universitetinin professoru Aydın Arıcı ilə reportaj hazırlayan qəzetçilərin xəbərinə görə, dünyanın ən yaxşı tibb mərkəzlərində 25-30 faiz civarında olan pozulmayan hamiləlik halları metaboloriks metodunun tətbiqi ilə 50 faizə qalxıb.
Professor bildirib ki, orqanizmində sperma və yumurta əmələ gəlməyən insanlar üçün heç bir müalicənin xeyri olmasa da, insan öz kök hüceyrələrindən istifadə etməklə sperma və yumurta əldə etmək və qısırlığa son qoymaq mümkündür. Bu istiqamətdə çalışmaların davam etdiyini bildirən Arıcı deyib ki, bu məqsədlə milyonlarla dollarlıq araşdırma fondları yaradılıb və yaxın 5 ildə təcrübələr ilk bəhrəsini verəcək./YM