FaktXeber.com-un verdiyi məlumata görə, dünən Rusiyada Dəniz Qüvvələri günü qeyd olunub. Ölkənin Sivastopol şəhərində təşkil edilən təntənəli mərasimdə dövlət rəsmiləri də iştirak edib. Qeyd edək ki, Rusiya Dəniz Qüvvələri tərəfindən nümayiş olunan bir-birindən maraqlı nümayişi, Krım baş naziri Vasiliy Karti, Krım Verhovna Radasının(Parlament) sədri Vladimir Konstantinov və Moskva meri Yuri Lujkov digərlər dövlət rəsmiləri maraqla izləyiblər. Məlumat üçün bildirək ki, məasim zamanı Rusiya Dəniz Qüvvələrinə məxsus 22 hərbi gəmi, 9 yardımçı gəmi, 20-dən çox bot, 20-ə yaxın hərbi maşın və 5 min rusiyalı matroslar iştirak edib.