Qardaş ölkələrin yığmaları oktyabrın 12-də üz-üzə gələcəklər
27-07-2010
Futbol üzrə yığma komandamız Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə komandası ilə qarşılaşacaq.
AFFA-dan verilən məlumata görə, matç oktyabrın 12-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Xatırladaq ki, yığma komandamız Avro-2012-nin seçmə mərhələsi çərçivəsində “A” qrupunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan milliləri ilə mübarizə aparacaq.