Yay aylarının imtina edilməz qidası bir tərəfdən qan təzyiqini normallaşdırır, digər tərəfdən isə böyrəyin funksiyasını tənzimləyir...
27-07-2010
Yay aylarının imitinaedilməzlərindən olan qarpız, su ehtiyacını aradan qaldırmada ən təsirli sulu qidalardandır. Mütəxəssislər, qarpızın faydasından maksimum dərəcədə faydalanmaq üçün ac və tumlarıyla birgə istehlakını tövsiyə edirlər.
Dr.Samir Xaliq, qarpızın bir çox faydası olduğunu bildirərək, xüsusilə bürkülü istilərdə bol-bol istehlak edərək su ehtiyacının aradan qaldırılmasını təklif edir. Dr.Samir, qarpızın qan təzyiqi və böyrək funksiyalarını tənzimlədiyini, ayrıca olaraq xərçəngdən qoruduğunu bildirir.
Qarpızın 95 faizinin su olduğuna diqqət çəkən Dr.Samir, şəkər xəstələrinin qarpız istehlakına diqqət yetirməsi lazım olduğunu bildirir. Qarpızın lif cəhətdən çox zəngin olduğunu, bağırsağın işinin təşkili və xərçəngdən qoruyucu xüsusiyyəti olduğunu da vurğulayan Dr.Samir, bu qidanın yağ və xolesterol ehtiva etmədiyinə diqqət çəkir. Bu səbəblə də qarpızın tez-tez istehlak edilməsi lazımdır: "Qarpızın çox sıx şəkildə istehlak edilməsində heç bir qorxu yoxdur, əksinə faydası var. Qarpızın böyük bir qisiminin su olması səbəbiylə yay aylarında su itkisini ödəyir. Bu xüsusiyyəti ilə böyrəkləri işlədir, sidiyi nizamlayır. B və C vitami ilə zəngin olan qarpız gümrahlıq və enerji anbarıdır. Ayrıca olaraq, arıqlamağa da müsbət təsir göstərir."