Rumıniyada İsrail əsgərlərini aparan helikopter qəzaya uğrayıb
27-07-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Rumıniyada İsrail əsgərlərini aparan hərbi helikopter qəzaya uğrayıb. Baş verən qəza zamanı helikoterdə olan 4 yəhudi əsgər həlak olub. Qeyd edək ki, Rumıniyanın Müdafiə Nazirliyinin rəsmisi Konstantin Spanu faktı təsdiqləyib və içində bir ruminiyalı və 6 İsrail əsgərinin də olduğu helikopterin dağlıq ərazidə qəzaya uğradığını bildirib. Məlumat üçün bildirək ki, Rumıniya və İsrail əsgərləri, aşağı səviyyədə helikopeti idarə edə bilmək üçün birgə təlimlər keçirlər.