"TNK-BP"-nin səhmləri "Qazprom" və "Rosneft"ə satıla bilər
BP şirkətin səhmlərinin 50 faizlik paketini tam olaraq sata bilər
26-07-2010
Böyük Britaniyanın BP neft şirkətinə Meksika körfəzində baş vermiş qəzadan sonra böyük məbləğdə maliyyə vəsaiti lazım olub. Bu səbədən də şirkət sahib olduğu Rusiya-Britaniya müştərək şirkəti olan “TNK-BP”-nin səhmlərinin 50 faizlik paketini tam olaraq sata bilər. Bu barədə Britaniyanın nüfuzlu “Times” qəzeti məlumat yayıb.
Belə ki, məlumata görə, əgər şirkət öz aktivlərini satmalı olsa, ilkin ehtimallara görə, bu səhmlərin alıcıları Rusiyanın “Qazprom” və “Rosneft” şirkətləri olsun.
Qeyd edək ki, Rusiya-Britaniya birgə şirkəti olan “TNK-BP” 2003-cü ildə yaradılıb və dünyanın özəl neft şirkətləri siyahısında ilk onluğa daxil olur. Şirkət Rusiyada neft hasilatına görə 3-cü yeri tutur. “TNK-BP” şirkətinə Rusiyada və Ukraynada 5 neft emalı zavodu, həmçinin 1.4 min ədəd pərakəndə yanacaqdoldurma məntəqəsi məxsusdur. \ans