Kanada Hava Qüvvələrinə aid bir CF-18 döyüş təyyarəsi, sınaq uçuşları edərkən yerə çırpılıb. Pilot, son anda təyyarədən çıxmağı bacarıb və ölümün bir addımlığından dönüb. Təyyarənin eniş görünüşləri isə saniyə-saniyə həvəskar bir kamera tərəfindən qeydə alınıb.