Batil inanclar - 2

Evdə stəkan, qab kimi bir şeyin qırılmasıyla bunun bir şeyə səbəb olacağına inanmaq. Əgər yerə düşüb qırılmadısa, bunu uğursuzluq sayıb stəkanı vurub qırmaq.

Quş sağ tərəfindən uçsa bir işi etmək, sol tərəfindən uçsa etməmək lazımdır.

Birinin başına pis bir iş gəldiyi zaman, bu işin öz başına gəlməməsi üçün qulağını çəkib stola və ya başqa bir şeyin üstünə vurmaq.

Dörd yarpaqlı yonca uğur gətirir.

Qurba kəsilən heyvanın qanını alınının ortasına çəkmək.

Sağ ovucun qaşınırsa pul gəlməsi üçün öpüb alına vurmaq. Sol ovucun qaşınırsa pulun gedəcək.

Gecə güzgüyə baxmaq və ya dırnaq kəsmək uğursuzluq gətirir. Gecə dırnaq kəsilsə ömür qısalar.

Uçan leylək görsən, səyahətə çıxacaqsan.

Gəlin olanın duvağı evdə qalmış qızın başına qoyulsa bəxti açılar. Subay bir qız evli birinin gəlinliyini geysə, qisməti bağlanar.

Yeni doğulan uşağın ilk nəcisi yatdığı otağının qapısı ağzına və ya beşiyinin altına qoyulsa nəzər dəyməz. Hamilə vaxtı yumurta yeyən qadının uşağı tənbəl olar. Uşağın qırxı çıxmamış dırnağı kəsilsə ya arsız, ya da oğru olar. Körpənin ayaqları altından öpülsə talehsiz olar.