Aşağdakı beş şərt ödənilərsə, deməli telefonunuz qulaq asırlar
24-07-2010
Rusiyada nəşr olunan "Arqument i faktı" qəzeti xüsusi telefonların dinlənilməsi barədə yazı dərc edib.
Faktxeber.com-un verdiyi məlumata görə, mütəxəssisindən aldığı məlumatları dərc edən qəzetə görə, telefonda baş verən beş dəyişiklik telefonun diinlənilməsindən xəbər verir. Başqasının mobil telefonuna dinləmə proqramı yerləşdirmək çox asandır. Ona görə də heç kəs zəmanət verə bilməz ki, mənim telefonum dinlənilmir. Sizə gələn bir mesajı cavablandırmanız və ya yüklədiyiniz hər hansı bir musiqi və video ilə bu proqram telefonunuzda yerləşdirilə bilər.
ƏGƏR MOBİL TELEFONUNUZ DİNLƏNİLİRSƏ:
1-Telefon batareyasının istiliyi yüksək olur.
Əgər telefonunuzun batareyası istidirsə, demək aktiv istifadə edilir. Telefonla danışdığınız zaman bu normal haldır. Amma iki saat ərzində telefonla danışmamısınızsa və telefonu əlinizi götürdükdə istilik varsa deməli telefonunuza qulaq asırlar.
2-Telefonun enerjisi tez qurtarır.
Telefonu çox istifadə etmədiyiniz halda enerji tez qurtarırsa deməli telefonunuzun sxemində "təhlükəli" əlavə bir cisim gəzir.
3-Telefonunuzu söndürərkən gec bağlanması.
Diqqət! Telefonunuzu söndürərkən əgər gec sönürsə və ekranın işığı yanmağa davam edirsə demək telefona qulaq asırlar. Telefon söndürülərkən ekranın işığıda sönməlidir və gecikmə olmamalıdır.
4-Telefonda anormal hadisələr baş verir.
Əgər telefonunuz öz özünə ekranın işığı yanırsa, telefon öz özünə sönürsə ümumiyyətlə başqa qəribə hallar ba. verirsə demək kimsə sizi dinləyir.
5- Telefonda xışıltı səsləri.
Telefonda biri ilə danışdığınız zaman xışıltılı səslər və ya başqa gurultulu səslər gəlirsə telefonunuzun dinlənilməsi mənasını verir.