Gənclərin daha yaxşı təhsil almaları məqsədiylə 35 dollarlıq kompüter hazırlandı
24-07-2010
FaktXeber.com-un "hindustantimes"a istinadən verdiyi məlumata görə, Hindistan, iqtisadi inkişafa dəstək üçün gənclərin daha yaxşı təhsil almaları və texniki təcrübə əldə etmələri məqsədiylə 35 dollarlıq toxunma (touch) ekranlı bir kompüter istehsal edib.
Hindistan Təbii Sərvətlər və İnkişaf naziri Kapil Sibal mətbuat mənsublarına verdiyi açıqlamada, günəş enerjisiylə işləyən, internet brauzeri, media playeri, video-konfrans funksiyaları olan bu kompüterdən ibtidai məktəbdən universitetə qədər bütün şagirdlərin faydalana biləcəyini söyləyib.
2011-ci ildən başlayaraq istifadə olunacaq kompüterin, təhsilin inkişaf etdirilməsi üçün milli səviyyədəki planların bir parçası olduğunu söyləyən hindli nazir, "Sabahın problemlərinin həlli Hindistanın əlindədir" deyə bildirib.
Sibal, yoxsul şagirdlərə kömək üçün kompüterin dəyərinin 50 faizinin hökumət tərəfindən ödənəcəyini qeyd edib.
Hökumət nümayəndəsi Mamta Vermə da şagirdlərin 1500 rupi (35 dollar) məbləğindəki bu yeni cihazı istifadə edə bilmələri üçün nazirliyin Hindistandakı 22 min universitet və orta məktəbin hamısına yüksək sürətli internet əlaqəsi quracağını söyləyib.