Bir ABŞ vətəndaşı evində öz nüvə reaktoru hazırlayıb. Ancaq 32 yaşlı amerikalının müvəffəqiyyəti onun elektrik fakturalarını yüngülləşdirməyəcək
22-07-2010
Qabiliyyətli insanlar box vaxtlarda, mebellər ya da taxta fiqurlar hazırladıqlarını eşitmisiniz. Texnologiyadan başı çıxan insanlar isə köhnə mühərriklər üzərində uzun müddət iş apardıqdan sonra onu işlək vəziyyətə gətirirlər. Bəziləri isə sınıq avtomobilləri, ya da silahları hobbi olaraq təmir edirərlər.
FaktXeber.com-un verdiyi məlumata görə, amerikalı Mark Suppes isə hobbi olaraq olduqca maraqlı bir məhsul hazırlayıb. Moda firması Guccidə veb-dizayner işləyən Suppes, işdən sonra boş vaxtlarında özünə bir nüvə reaktoru hazırlayıb.
İki ildən çox bu proyekt üzərində işləyən Suppes bu mövzuda təhsil almamasına baxmayaraq, öz səyləriylə reaktorunu işlətməyi bacarıb. Üstəlik bu həvəskar fizik öz reaktorunu yalnız hərrac saytı olan ebay vasitəsiylə satın aldığı parçalardan istifadə edərək hazırlayıb. 2 ildə 32 min parça istifadə edilərək hazırlanan həvəskar reaktorun isə heç bir təhlükəsi yoxdur.
Reaktorun işləməsi üçün radioaktiv maddələrə ehtiyac yoxdur. Həddindən artıq istilik vasitəsilə işləyərək enerji istehsal edən bu məhsulu evdə hazırlamaq isə Amerika qanunlarına görə,heç bir problem yaratmır.
Ancaq 32 yaşlı amerikalının müvəffəqiyyəti onun elektrik fakturalarını yüngülləşdirməyəcək. Belə ki, bu reaktorlar işləmək üçün istehsal etdiyindən daha çox enerjiyə ehtiyac duyur.
Gələcəkdə texnologiyanın inkişafıyla birlikdə nüvə reaktorları enerji problemi üçün çıxış yolu olacaq. Mark Suppes isə öz generatorunu hazırlayan və qeydiyyata düşən 38ci həvəskar fizikaçı ünvanına sahib olub.