ABŞda minlərlə xüsusi şirkət kəşfiyyat yığmaq üçün işləyir və onların işçilərinin sayı 1 milyona yaxındır
20-07-2010
FaktXeber.com-un verdiyi məlumata görə, ABŞın ən etibarlı qəzetlərindən olan "Vaşinqton Post"un iki illik araşdırmasından sonra dərc etdiyi məqalədə, nəhəng kəşfiyyat şəbəkəsinin varlığını ortaya çıxsrıb. Qəzetə görə, ABŞ, bütün dünyadan gələn kəşfiyyatı ölkə sərhədləri daxilində 10 min fərqli ünvandakı 1271 dövlət orqanı və 1931 xüsusi şirkətin işləriylə qiymətləndirir.
Sözügedən şirkətlərdə və dövlətə bağlı kəşfiyyat təşkilatlarında 854 min nəfər işləyir. Bu şəxslər dünyanın hər hansı bir yerindən özlərinə gələn kəşfiyyat hesabatlarını araşdırır, şübhəli bir adın uçuş siyahılarına girməsindən, Pakistanın dağlarında tikilən yeni bir binaya qədər hər şeyi diqqətə götürür. Şirkətlərdən bəziləri məlumat araşdırma, bəziləri peykdən çəkilən canlı videoları qiymətləndirmə, bəziləri səs analizi, bəziləri də xəritə çəkmə və oxuma üzərində ixtisaslaşır.
11 SENTYABR SONRA
ABŞın kəşfiyyat təşkilatı xüsusilə 11 sentyabr hücumlarından sonra genişlənib. Dünya Ticarət Mərkəzinə edilən hücumlardan doqquz gün sonra Amerika Konqresində Əl-Qaidəyə qarşı qlobal bir hücum başlatmaq məqsədiylə 40 milyard dollarlıq büdcə təsdiq edildi. 2002 və 2003-cü ildə də buna bənzər əlavə büdcələr ayrıldı. Bu gün ABŞın kəşfiyyat əməliyyatları büdcəsi 11 sentyabrdan əvvəlki səviyyədən 11 dəfə çox artaraq 75 milyard dollara qalxıb.
Büdcənin sürətlə artması yeni kəşfiyyat orqanlarının yaranmasını da sürətləndirir. 11 sentyabr hücumlarından üç ay sonra 24 yeni təşkilat işə başlamışdı. 2002-ci ildə kütləvi qırğın silahlarını izləmək, təhlükə işarələri yığmaq üzrə 37 yeni təşkilat yaradıldı. Hələ də davam edən artım sayəsində, doqquz ildə ümumilikdə 263 yeni kəşfiyyat dairəsi işə başlayıb.
SİRLƏR SUBPODRATÇILARIN ƏLİNDƏDİR
Ancaq xüsusilə xəritə, video, səs analizi kimi sahələrdə yeni dövlət məmuru yetişdirmək çətin olduğu üçün, bir çox proyekt xüsusi şirkətlərə təslim edilib. Bu gün ABŞdakı kəşfiyyat fəaliyyətlərinin əhəmiyyətli bir qisiminə podratçı şirkətlər tərəfindən nəzarət edilir.
Bu şirkətlər xüsusi vəzifələrini açıqlamır, çoxunun ünvanı da bilinmir. Ən əhəmiyyətliləri Vaşinqton və ətrafında olan bu mərkəzlərdən biri Dallas Hava Limanı yaxınlarındakı mülki bir binada yerləşir. Kitab və dəftərxana ləvazimatı dükanlarını keçdikdən sonra sola döndükdə qarşınıza çıxan iki mavi rəngli binada dünyanın dörd bir tərəfindən gələn görüntülər və xəritələr analiz edilir. Onun qarşısındakı binada dövlət üçün işləyən xüsusi Carahsoft şirkəti var. Burada səs analizləri aparılır, məlumatlar toplanır. Onun yanındakı bir başqa mərkəzdə isə, kütləvi qırğın silahları və terrorist qrupların mərkəzləri ilə əlaqədar araşdırmalar aparılır.
Təbii ki, kəşfiyyatı qiymətləndirən şirkətlərin və dövlət agentliklərinin artmasıyla səhv etmə ehtimalı da artır. ABŞda ən azından 51 kəşfiyyat orqanı eyni iş üzərində işləyir: Terror şəbəkələrinə pul axımını izləmək. Xüsusi və dövlətə aid bütün kəşfiyyat orqanlarının fəaliyyətlərini izləmək üçün yaradılan ODNI (Milli Kəşfiyyat Direktorluğu Ofisi) gündə 1.7 milyard e-poçt, telefon və faks mesajını araşdırmağa çalışır. Burada bütün sənədləri oxumaq səlahiyyəti olan bir adam, ildə 50 min hesabat çıxarıldığını söyləyərək, bunların çoxunun oxunmadığını bildirir.
İKİ İLLİK ƏMƏK
Pulitzer mükafatlı jurnalist Dana Priestin rəhbərliyi altında olan 12 müxbirin iki illik əməyi sayəsində hazırlanan məqalə üçün yüzlərlə kəşfiyyat işçisi, komandir və nazirlə söhbət aparılıb.