Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "İntiharın azadlığı olmaz" deyərək, spirtli içki barədə bəzi nəsihətlər verib
20-07-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana "Tüstüsüz Hava Məkanının Tətbiqi" səbəbiylə "Qlobal Siqaretlə Mübarizə 2010" Xüsusi Mükafatını verib. Siqaret çəkməyin intiharla ekvivalent olduğuna işarə edən Ərdoğan, tüstüsüz hava sahəsi tətbiqinə "azadlığımız məhdudlaşdırılır" - deyə qarşı çıxanlara "İntiharın azadlığı olmaz" cavabını verib. O, çıxışında aşağıdakı fikirləri səsləndirib:
SİLAHLI ŞƏXSDƏN FƏRQİ YOXDUR
Mən bu məsələni intihar kimi görürəm. İntiharın azadlığı olmaz. İstifadə edir, istifadə edə bilər, bu ayrı bir mövzudur. Amma bunu kimsə azadlıqla eyniləşdirməsin. Biz mühafizəkar və demokrat bir iqtidar olaraq məsələni bu cür görürük. Və bir məhdudiyyətə, qadağaya qərar verdik. Qəbul olunan qərarın siqaret çəkməyənlərin sağlamlığını qorumaq edilmiş həyata keçirilmiş bir tətbiq olduğunu ifadə etmək məcburiyyətindəyəm. Əlində silahla sağa-sola hücum edən insan necədirsə, mənə görə, siqaret çəkən də elədir.
YANIMDA ÇƏKƏ BİLMƏZSƏN
Mən məcburammı sənin çəkdiyin siqaretin tüstüsü ilə zəhərlənməyə? Sən mənə qarşı bunu edə bilməzsən, belə bir haqqın yoxdur, elə isə hörmət et, çıx çöldə şək. Mənim yanımda çəkə bilməzsən. Mənim Nazirlər Kabinetimdə bir adam siqaret çəkə bilməz, onsuz da siqaret çəkən də qalmayıb Allaha şükr. Varsa belə, gizli çəkirlər. Bizim yığıncaqlarda siqaret çəkilməz. Çünki sağlam düşünəcəsi olan adam siqaret çəkməz.
AĞIR İTKİ VERDİK
Siqaret istehlakının terrordan daha çox təsirli olduğunu müşahidə edirik. Bu gün dünyada məlum olan 50-dən çox xəstəlik yalnız siqaret istifadəçilərində ortaya çıxır. Dünyada ildə 5 milyon adam, ölkəmizdə isə hər il təxminən 100 min adam tütün istifadəsinə bağlı xəstəliklər səbəbindən dünyasını dəyişir. Bunun passiv çəkənlər üçün zərərini də düşünün. Çünki siqaret çəkənlər qədər ətrafındakılar da ciddi şəkildə zərər çəkir. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 700 milyon uşaq, yəni dünyadakı uşaqların yarısı siqaret tüstüsünə məruz qalır. Konstitusiya Məhkəməsinin bu mövzuda millətimizin, Konstitusiyadakı gəncliyin qorunması maddəsinə söykənərək çox xeyirli bir qərar verəcəyinə inanıram.
1.5 MİLYARD LİRƏ CİBDƏ QALDI
Tüstüsüz Hava Sahəsi Tətbiqiylə birlikdə siqaret istifadəsinə bağlı xəstəliklərdə 30 faiz azalma müşahidə edilib. Təxminən 100 milyon lirəyə yaxın (50 milyon manat- red) dərman xərcindən azad olduq. 2010-cu ilin yanvar-mart aylarında siqaret satışları, 2008-ci ilin eyni dövrünə görə azalıb. 1,5 milyard lirə pul vətəndaşın cibində qalıb.
SPİRT İÇMƏ ÜZÜM YE
İndi spirt istifadəsi qadağan olmamaqla bərabər, başqalarının həyatlarına zərər verməmək üçün, alkaqollu şəkildə maşın sürmək qadağandır. Sükan arxasında alkaqollu olmayacaqsan. Alkaqollu olaraq başqasının həyatına zərər verməyəcəksən. Biri passiv istifadəçi, o biri aktiv istifadəçi. Bu işin sulusu da, qurusu da zərərlidir. Onun üçün bunlardan kənarlaşmaq lazımdır. Mən bu günə qədər heç bir tibb dünyası nümayəndəsindən bir dəfə də olsun "bu işdə bu faydalıdır" deyənini görmədim. Bəzən inadkarcasına "az miqdarda içsən faydalıdır" deyənlər var. Qardaşlar, bu spirti siz haradan əldə edirsiniz? Bu meyvələrdən və s. əldə edilmirmi? Üzümdən əldə etmirsənmi? Digər meyvələrdə müəyyən nisbətdə yoxdurmu? Var, onları ye. Bədənin üçün lazımlı hər şey orada var. Mən xalqımı sevirəm, onun da sağlam həyat içərisində olmasını istəyirəm. Buna başqa ad verməyin heç bir mənası yoxdur.