Bugünki prosesdə ittiham olunanların vəkilləri məhkəməyə hadisə baş verən zaman qeydə alınan videogörüntüləri təqdim edib
20-07-2010
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Yasamal Rayon Məhkəməsində dindarların işi üzrə məhkəmə prosesi davam edib. Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı və ittiham olunanların vəkilləri iştirak edib. Məhkəmə zamanı zərəçəkmişlərdən heç biri salonda olmayıb. Qeyd edək ki, bugünki prosesdə ittiham olunanların vəkilləri məhkəməyə hadisə baş verən zaman qeydə alınan videogörüntüləri təqdim edib. Hakim Elçin Qurbanov vəkillər tərəfindən ona verilən diskə elə proses gedən zaman kopyuter vasitəsilə izləyib. Dindarların vəkilləri hakimə sübut etməyə çalışıblar ki, 13 fevral hadisə baş verən zaman ittiham olunanlar heç bir polis əməkdaşına əl qaldırmayıb. Hakimə video-lentə baxdıqdan sonra zərərçəkmişlərə sualı olduğunu bildirib. Lakin zərərçəkmişlər məhkəmədə iştirak etmədiyi üçün proses ayın 27-i saat 11:30-a təxirə salınıb.
Xatırladaq ki, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindarın - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.