Qəbul edilən qidaların insan sağlamlığına təsiri olduqca böyükdür
19-07-2010
Hər bir insan üçün əhəmiyyətli olan məsələlərdən biri də onun sağlamlığıdır. Sağlamlıq bir neçə yolla əldə olunursa da-onların ən birincisi düzgün qidalanmadır . Qəbul edilən qidaların insan sağlamlığına təsiri olduqca böyükdür. Elə bu səbəbdən quru meyvələrin insan sağlamlığna olan faydası barədə sizlərə məlumat verəcəyik.
AĞ GÜNƏBAXAN TUMU: Xolesterolu aşağı salır. Damar sərtliyini aradan qaldırır. Gün ərzində işi daha çox fikirləşmək olan insanların və zəif inkişaf etmiş uşaqların gündə 50 qram yeməsi tövsiyə edilir. Cinsi hormonları artırır. Ürək və əsəb xəstəliklərinə dərmandır. Tənəffüs sistemində problemi olan insanların xeyrinədir.
PÜSTƏ: Gündə 10-12 ədəd yeyilsə, bədənin gündəlik yağ ehtiyacı tamamilə ödənir. 100 qram gündə yeyilsə bədənin gündəlik zülal, vitamin B1 və fosfor ehtiyacının 35 %-ni təmin ediləcək. Qandakı xolesterol səviyyəsini aşağı salır. Ürək xəstəliyinin riskini azaldır. Şəkər xəstəliyində (Diabete Mellitus) dərman kimi istifadə oluna bilər. İncə bağırsaqda qlükoza çatışmamazlığını azaldır və qanda şəkərin yüksəlməsinin qarşısını alır. Ağciyər üçün yaxşı iltihab təmizləyicidir. Sinəni yumşaldır, ağrıları yüngülləşdirir, öskürəyin keçməsinə köməkçi olur.
LƏBLƏBİ: Ana südünü artırır. Turşu azaldır, mədəni rahatlaşdırır. İnsanda toxluq hissi yaradır. Bu səbəblə diyeta saxlayanlar üçün çəki salmağa kömək edir.
BALQABAQ TUMU: Böyrəkləri gücləndirir. Sidik kisəsində yaranacaq hər hansı bir xəstəliyin yaranmasının qarşısını alar. Bağırsaq qurdlarını yox edir.
QURU ƏRİK: Beynin nizamlı işini təmin edir və stressi azaldır. Qaraciyərdə yaranan xəstəliklərin dərmanı hesab edilir. Sümüklərin düz və möhkəm olmasında əhəmiyyətli rol oynayır. Mədə və on iki barmaq bağırsağın xorasının əmələ gəlməsinə mane olur, meydana gəlmiş xoraların yaxşılaşmasında böyük rol oynayır. Böyrəklərdə daş əmələ gəlməsi riskini azaldır. Xərçəngə qarşı qoruyucu bir təsirə malikdir. Dişlərin daha möhkəm və qüvvətli olmasında əhəmiyyətli rol oynayır. Ürək əzələlərini qüvvətləndirir və daha nizamlı işini təmin edir.