Uşaqlarda mövsümü soyuqdəymədən sonra baş verən bəlğəmli və bəzən qusmağa səbəb olan 3-12 həftədən çox davam edən ardıcıl öskürək, alt tənəffüs yolu xəstəliklərinin əlaməti ola bilər.
17-07-2010
FaktXeber.com-un verdiyi məlumata görə, mütəxəssislər, öskürəyin müddəti və xarakterinin xəstəliklər baxımından xəbərçi ola biləcəyini söyləyərək, bu kimi vəziyyətlərdə vaxt itirmədən həkimə müraciət edilməsinin vacibliyini vurğulayırlar.
Dr.Samir Xaliq öskürəyin uşaqlarda 2 həftədən qısa davamlı olmasını ağır, 3-12 həftə davam etməsini isə xroniki ola biləcəyini söyləyir.
Südəmər uşaqlarda ani, yüksək səslə və kəskin öskürəklərdə qırtlaq, nəfəs borusu və bronxial boruların iltihablanması və digər tənəffüs yolu anormallıqları, bəlğəmsiz quru və qısa öskürəklərdə isə bakteriyaların səbəb olduğu klamidiya infeksiyaları faktor ola bilər.
Yeniyetmələrdə isə ani, yüksək səslə və kəskin öskürək, psixoloji qaynaqlı ola bilər. Bu isə uşaqlarda diqqətin yayınması və yuxusuzluqla müşahidə edilir.
Uşaqlarda quru ya da yaş öskürək bronxlardakı ifrazatla əlaqəlidir. Uşaqlarda, xroniki və bəlğəmli öskürək, genetik tər və ifrazat xəstəliyi (kistik fibrozis), bronxların genişlənməsi olaraq bilinən (bronxoektaziya) və fərqli xəstəliklərdən qaynaqlana bilər.