Qabaq, Ərəbistan albalısı, buğda, balıq əti, bal, ət, çörək, paxla, xiyar, xurma, əncir, albalı, mərci, banan, nar, sarımsaq, soğan, su, süd, şərbət, üzüm, yağ, yumurta, zeytun, zeytun yağı, zəncəfil... Diqqət yetirildikdə, bütün bu qidaların insan sağlamlığına əhəmiyyətli dərəcədə təsirlərinin olduğu məlum olur. Və müvafiq Quran ayələrində də bu qidalar xatırladılır, tövsiyə edilir və təriflənir.
16-07-2010
Balıq əti
Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bütün bunlar Onun lütfünü axtarmanız və kərəminə şükür etməyiniz üçündür! ("Nəhl", 14)
İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən (nemətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür edəsiniz.("Fatir", 12)
Qabaq
Xiyara bənzəyən bir tərəvəzdir. İsti iqlimlərdə yetişər. Sidikqovucu xüsusiyyəti var. Peyğəmbərimizin qabağı yaş xurma ilə birlikdə yediyi bildirilir. Həzm problemlərində və susuzluğu söndürmək məqsədiylə də istifadə edilir. İnsanda rahat həzm və gümrahlıq yaratması üçün kök insanlara istifadə etmələri tövsiyə edilr.
Heyva
Peyğəmbər (s) buyurub: "Heyva, sinədəki rahatsızlığı, ağrını sağaldır; ürəyi fərəhləndirib qüvvətləndirər."
"Ürəyinizdə ağrı hiss etdiyiniz zaman heyva yeyin!"
Ayrıca, heyva sidiyi artıraraq sidikqovucu təsir göstərir, qarın ağrısını kəsir, qusma və bədən istiliyinin düşməsinə mane yaradır. Hamiləliyin ilk üç ayında bol heyva yeyilməsi doğulacaq uşağın daha gözəl, cazibədar olmasına təsir edir.
"Şəfa iki şeydəndir. Biri Quran oxumaqda, digəri isə bal şərbəti içməkdə"
Balın faydaları Tibbi-Nəbəvidə tam açıqlığı ilə göstərilib. Qurani Kərimdə: "Rəbbin, bal arısına "dağlarda, ağaclarda və hazırlanmış şanlarda bala hazırla, sonra hər növ bitkidən ye; sonra da - bal hazırlamağın üçün - Rəbbinin göstərdiyi yollardan boyun əyərək get!" deyə öyrətdi. Onun qarınlarından rəngləri növ-növ bir içki (bal) çıxar ki, onda insanlar üçün şəfa vardır. Düşünən bir millət üçün bunda ibrətlər vardır." ("Nəhl" 68-69) buyurulmuşdur.
Peyğəmbərimizin balla əlaqədar bir çox hədisi var:
- "Şəfa iki şeydəndir. Biri Quran oxumaqda, digəri isə bal şərbəti içməkdədir."
- "Sizlərə kərə yağı, bal, xurma və zirəni tövsiyə edirəm. Çünki bunlar ölümdən başqa hər dərdə dərmandırlar."
- "Bal şərbətindən daha üstün dərman ola bilməz."
- "Bal şərbəti könülümdəki kədəri, çətinliyi aradan qaldırar və gözümün görmə duyğusunu da qüvvətləndirər."
- "Böyrək sancısı böyrəkdəki sinirdəndir, hərəkət etdiyi zaman sahibini xəstə edər. Bu xəstəliyi ilıq su və bal şərbəti ilə müalicə edin."
- "Doğumdan sonra qadınlar üçün yaş xurma, xəstə şəxslər üçün isə bal kimi şəfa yoxdur."
Ayrıca olaraq Tibbi-Nəbəvi qaynaqlarında balın; qaraciyər, dalaq, mədə, bağırsaq kimi orqan narahatlıqlarında; qoruyucu, təmizləyici xüsusiyyətlərinə toxunular. Altını isladan uşaqların və qarın ağrısı olan şıxslərin müalicələrində, zehnin möhkəmlənməsində, qanın təmizlənməsində vəs. kimi bir çox vəziyyətdə istifadə edilməsi xüsusilə tövsiyə edilir.
Ət
Ənənəvi Hind Tibbi olan Ayurvedaya görə, ət yemək məsləhət deyil. Ət, Hindistan və bölgəsindəki ölkələrdə böyük baş heyvanlara verilmiş olan mənaya görə, onsuz da olduqca az istehlak edilən qidaların başında durur. Lakin burada tətbiq olunan rəftar düzgün deyil. Xolesterolu yüksək olan insanın yağlı ət yeməsi onsuz da tibbən tövsiyə edilmir. Lakin ətin insan həyatından və qidalanmasından tamamilə uzaqlaşdırılması mənasızdır. Tibbi-Nəbəvi ət istehlakı haqqında son dərəcə balanslı məsləhətlər verir. Ət haqqında, ümumiyyətlə tövsiyə edilən bir qida olaraq bəhs edilər. Lakin müəyyən miqdarda, həddindən artıq dərəcədə istehlak edilməməsinin vacibliyi bildirilir. Buradakı balanslı ət istehlakı həqiqətdə ən doğru tətbiqdir. Ətdən tamamilə uzaqlaşmaq və həddindən artıq dərəcədə ət istehlak etmək bəyənilməyən davranışlardır və tövsiyə edilmir. Ətlərin növləri və xüsusiyyətlərinə görə istehlak edilməsi, bəzilərinin daha rahat istehlak edilə biləcəkləri və bəzilərinin də daha az istifadə edilməsinin vacibliyi göstərilir. Quranda ətin 12 yerdə adı hallanır.
Sərdar Səlaloğlu: "ATƏT və Avropa Şurası Azərbaycanda demokratikləşməyə heç bir kömək etməyəcək, hələ 2005-ci il parlament seçkiləri Avropa Şurasında müzakirə olunmayıb"