KOMİTET 300: DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXII yazı)
Narkotiklərin milli miqyasda yayılmasında kütləvi informasiya vasitələrinin rolu fövqəladə dərəcədə mühüm olub və bu hazırda da belədir. Kütləvi informasiya vasitələri küçə bandalarının müharibələrini işıqlandırmağa qəfil son qoyanda həmin bandalar sosial fenomen kimi sadəcə yoxa çıxdılar - ardınca yeni "narkotiklər erası" gəldi. KİV həmişə "yeni meyllərin" katalizatoru qismində çıxış edib və o dövrdə onların diqqəti narkotiklər və onları yayanlar üzərində cəmləşmişdi. "Bitniklər nəsli" - bu, Tavistokun ABŞ-da sosial dəyişikliklərin həyata keçirilməsi səyləri çərçivəsində ixtira etdiyi növbəti bir ifadədir.
Narkotiklərin istifadəsi Amerikada gündəlik həyatın tərkib hissəsinə çevrildi. Tavistokun işləyib-hazırladığı bu proqram milyonlarla gənc amerikalı tərəfindən qəbul edildi və yaşlı nəsil düşünməyə başladı ki, Amerika təbii sosial inqilaba məruz qalıb. Yaşlı nəsil bunu anlamaq iqtidarında deyildi ki, onların övladlarında baş verən dəyişikliklər spontan (hazırlıqsız, planlaşdırılmadan – Y.Ə.) proses yox, Amerikanın sosial və siyasi həyatını dəyişmək məqsədilə həyata keçirilən sırf süni təsirlərin nəticəsi idl.
“Britaniya Ost-Hind Kompaniyası”nın varisləri narkotiklərin yayılması üzrə öz proqramlarının uğuruna heyran olmuşdular. Onların “himayəyə götürdükləri” (burada söhbət Amerikanın gənc nəslindən gedir – Y.Ə.) lizergin kislotasına (LSD) möhkəmcə “oturmuşdular”. LSD-ni isə onlara (amerikalı gənclərə - Y.Ə.) Oldos Haksli və qüdrətli bankir sülaləsi olan Varburqlar tərəfindən maliyyələşdirilən İsveçrənin hörmətli SANDOZ (farmasevtik) kompaniyası kimi narkoticarət patronları səmimi-qəlbdən təqdim edirdi. Yeni “möcüzə-narkotika” sınaq bağlamalarda bütün rok-konsertlərdə və kolleclərdə pulsuz paylanırdı. Qeyri-ixtiyari sual meydana çıxır, Federal Təhlükəsizlik Bürosu bəs bu vaxt nə işlə məşğul idi?
“Bitlz”ın məqsədi tamamilə aydın oldu. Londonun ali cəmiyyətinə məxsus olan “Britaniya Ost-Hind Kompaniyası”nın varislərinın sərvətlərinə yeni milyardlarla dollar axmağa başlayanda onlar özlərini yəqin, əla hiss edirdilər. “Rok”un (bundan sonra biz bu sözü Adornonun iblisanə bədniyyətli musiqisini qısaca ifadə etmək üçün istifadə edəcəyik) gəlişi ilə narkotiklərin, xüsusilə də marixuananın istifadəsinin dəhşətli artımı qeydə alındı. Narkoticarət bütövlükdə “Elmi Siyasət Tədqiqat Mərkəzi”nin nəzarəti və idarəsi altında işə salındı.
Bu Mərkəzə Liland Bredford (Leland Bradford), Kennet Damm (Kenneth Damm) və Ronald Lippert (Ronald Lippert) başçılıq edirdi. İinsanlarda “gələcəyin şoklarını” doğurmaq üçün onların yüksək ixtisaslı rəhbərliyi altında “yeni elmlər” üzrə xeyli mütəxəssis hazırlanmışdı. Bu cür “şoklardan” biri amerikalı tineycerlərdə narkotiklərin istifadəsinin kəskin artması idi. “Elmi Siyasət Tədqiqat Mərkəzi”nin konseptual işlər qismində müxtəlif hökümət agentliklərinə, o cümlədən də “Narkotiklərlə MübarizəAgentliyi”nə (bu, “Drug Enforcement Agency”-nin rəsmi tərcüməsidir, hərçənd onu “Narkotiklərin Məcburi Tətbiq Olunması Agentliyi” kimi də tərcümə etmək olar ki, bu həqiqətə daha uyğundur, tərc.) sırıdığı işçi təlimatlar onlara, Reyqan və Buş administrasiyasının guya apardığı “narkotiklərlə dağıdıcı müharibənin” (“drug war” – bunu “narkotik müharibə” kimi də tərcümə etmək olar, tərc.) gedişini diqtə edir.
Bütün bunlar Tavistokun konsepsiyaları əsasında yetişdirilən müxtəlif komitet və şuraların (onlar səmimi olaraq inanırlar ki, bu konsepsiyalar onların özlərinə məxsusdur), eləcə də “daxili hökümətin” Birləşmiş Ştatları idarə etməsi üçün bu gün istifadə olunan metodların prelüdiyası idi. Bu “naməlumlar” ABŞ-da mövcud olan dövlət idarəetmə formasını və həyatın keyfiyyətini həmişəlik dəyişdirəcək qərarlar qəbul edirlər. “Böhranlı adaptasiya” vasitəsilə biz elə bir dərəcədə dəyişmişik ki, müasir cəmiyyətimizlə əllinci illərin amerikalıları arasında ortaq heç nə artıq qalmamışdır. Bundan başqa, bizi əhatə edən mühit dəyişmişdir.
Bizim dövrümüzdə ətraf mühit haqqında çox danışırlar. Bu vaxt əsas etibarilə yaşıl meşələr, duru çaylar və təmiz hava nəzərdə tutulsa da, bundan heç də az əhəmiyyətli olmayan başqa bir ətraf mühit də mövcuddur, konkret olaraq – narkotik ətraf mühit. Bizim həyat tərzimizin ətraf mühiti zəhərlənmişdir; bizim təfəkkürümüz zəhərlənmişdir. Öz taleyimizi idarə etmək qabiliyyətimiz zəhərlənmişdir. Biz təfəkkürümüzü elə bir dərəcədə zəhərləmiş olan dəyişikliklərlə üzləşmişik ki, ümumiyyətlə nə etmək lazım olduğunu bilmirik. “Dəyişikliklər mühiti” milləti eybəcər hala salır; biz vəziyyətə qətiyyən nəzarət edə bilmirik və bu hal narahatlıq və çaşqınlıq doğurur.
Fərdi qərarlar əvəzinə biz indi problemlərimizin həllini qruplar halında axtarırırq. Problemlərimizin həlli üçün biz fərdi resurslarımızı istifadə etmirik. Bunun əsas səbəbi narkotiklərdən istifadənin kəskin artmasıdır. Bütün bunlar “yeni elmlər” üzrə mütəxəssislərin və “sosial mühəndislərin” işləyib-hazırladıqları niyyətli strategiyanın nəticəsidir və bu bizim ən zəif cəhətimizə – bizim özümüz haqqında təsəvvürlərimizə, bizim öz özümüzü necə qəbul etdiyimizə tuşlanıb. Şüura bu cür təsir ona gətirir ki, biz kəsilməyə aparılan qoyun sürüsünə bənzəməyə başlayırıq. Bizə təqdim olunan çoxsaylı variantlar arasında daim seçim etmək zərurəti psixikamızı artıq tükəndirmişdir və biz əvvəl–axır tam apatiyaya qərq olmuşuq.
Bizimlə manipulyasiya edənlər bədniyyətli adamlardır, biz isə bunu heç düşünmürük də. Bu xüsusilə də narkotika ilə ticarətə münasibətdə həqiqətdir və biz hazırda qüvvədə olan konstitusion dövlət quruluşu formasından imtina etməyə məcbur ediləcəyimiz keçid mərhələsindəyik. Buş administrasiyası bu istiqamətdə nəhəng addım artıq atmışdır. Hər şeyin məhz bu cür olduğuna dəlalət edən bütün sübutlara baxmayaraq, inadkarcasına “Amerikada bu mümkün deyil” fikirləşən adamlar hələ də qalsa da, faktdır ki, BU ARTIQ BAŞ VERMİŞDİR. Aramsız təzyiqlər nəticəsində biz müqavimət göstərmək iradəmizdən tamamilə məhrum olmuşuq. Bəzilərimiz, “biz müqavimət göstərəcəyik”, – deyir, lakin real olaraq bunu çox az adam edəcək və biz həmişə azlıqda olacağıq.
Narkotiklərlə ticarət bizim ətraf mühiti məkrli surətdə dəyişmişdir. Necə deyərlər, “narkotiklərə qarşı müharibə” – farsdır; onun (müharibənin – Y.Ə.) miqyasları elədir ki, “Britaniya Ost-Hind Kompaniyası”nın varisləri onu heç hiss də etmirlər. Kompüterləşməyə əlavə olaraq biz demək olar total “beyin yuyulmasına” məruz edilmişik – bizə sırınan dəyişikliklərə müqavimət göstərmək qabiliyyətindən tamamilə məhrum olmuşuq. Bütün bunlar daha bir “ətraf mühitin”,hökümətlərin bunsuz öz oyunlarını oynaya bilmədikləri ŞƏXSİYYƏT ÜZƏRİNDƏ NƏZARƏT - bu, həm də şəxsi informasiya üzərində nəzarət adlandırılır - “mühitinin” formalaşdırılması deməkdir.
Məsələ bu yerdədir ki, hökümətin sərəncamında haqqımızda hansı informasiyanın olduğunu öyrənməyə bizim, xalqın, heç bir imkanımız yoxdur. Hökümətin kompüter faylları ictimai nəzarət üçün tamamilə əlçatmazdır. Yəni, biz hələ də kütbeyincəsinə inanırıq ki, şəxsi informasiya toxunulmazdır? Yadda saxlayın – hər bir cəmiyyətdə hüquq-mühafizə orqanlarını nəzat altında saxlayan zəngin və qüdrətli ailələr var. Düşünməyin ki, bu ailələr bizim haqqımızda nəyi isə öyrənmək istəsələr, bunu edə bilməyəcəklər. Belə ailələr başqaları ilə müqayisədə Komitet 300-də daha çox yer tapan ailələrdir.
Misal üçün, Kissinceri götürün. Onun şəxsi sərəncamında təkcə ABŞ-da yox, eləcə də bütün dünyada yüzlərlə və minlərlə adamın dosyesi var. Biz Kissincerin düşmənləri siyahısında varıqmı? Düşünürsünüz ki, bu sual barmaqdan sovurulub, ya da tavandan götürülüb? Əsla. “P-2” Mason Lojası və “Monte Karlo Komitəsi”ni götürün – onlar minlərlə insanın adı olan siyahılara malik idilər. Yeri gəlmişkən, Kissincer – onların arasındadır. Başqa “özəl” kəşfiyyat xidmətləri də var, məsələn, bir qədər aşağıda rastlaşacağımız İNTEL.
Heroinin Avropaya çatdırılması kanallarından biri Monako knyazlığından keçir. Heroin Korsikadan bərələrlə gəlir ki, yay mövsümündə həmin bərələr Korsika və Monte Karlo arasında lap çox sayda reys edir. Bu vaxt nə yüklər, nə də sərnişinlər qətiyyən heç bir yoxlamaya məruz qalmır. Fransa ilə Monako arasında keşik çəkilən sərhədd olmadığından, narkotiklər, xüsusilə də heroin və yaxud qismən emal edilən tiryək Monakonun açıq sərhədlərindən sel halında keçərək, Fransadakı laboratoriyalara gəlir. Əgər təmiz heroin gəlirsə, onda narkotika birbaşa yayıcılara ötürülür.
Qrimaldi ailəsi artıq bir neçə yüz ildir ki, narkotika qaçaqmalçılığı ilə məşğul olur. Ailənin yaxın tarixində baş verən epizodlardan birinə diqqət yetirək: tamah Knyaz Ranyeni rahat qoymur, o, narkotika qaçaqmalçılığından həddən ziyadə haqq almağa başlayır və üç ciddi xəbərdarlıqdan sonra belə bunu davam etdirir. Buna görə onun həyat yoldaşı Qreys “avtoqəzada” öldürüldü. Onun “Rover”ində əyləc sistemi elə nizamlanmışdı ki, hər dəfə əyləc pedalını basanda sistemdən müəyyən miqdarda yağ axıb gedirdi və beləliklə, avtomobil dağ yolunun kəskin döngələri olan ən təhlükəli hissəsinə çatanda əyləc sistemi artıq işləmirdi və avtomobil tam sürətlə uçuruma düşdü.
Komitet 300-ün agentləri Knyaginya Qreysin öldürülməsi ilə bağlı həqiqəti ört-basdır etmək üçün mümkün olan hər şeyi etdilər. Onun avtomibili bu günə qədər də Fransa polisində saxlanılır, lakin ona hətta yaxınlaşmaq belə qadağandır.
Komitet 300-ün nəzarəti altında olan narkotika ticarəti özündə bəşəriyyətə qarşı cinayət ehtiva edir. Lakin “Tavistok İnstitutu”nun illər uzunu fasiləsiz olaraq həyata keçirdiyi bombardmanların təsiri ilə zəiflədiyimizdən narkotika ticarətini öhdəsindən gəlməyin mümkün olmadığı “həddindən artıq böyük problem” hesab edərək, bizi əhatə edən dəyişdirilmiş mühiti az və ya çox dərəcədə qəbul etmişik. Bu belə deyil. Əgər biz bütöv bir milləti səfərbər edə bildiksə, milyonlarla amerikalı əsgəri qarışmalı olmadığımız müharibədə döyüşmək üçün hazırlayıb Avropaya göndərə bildiksə, əgər biz böyük və güclü dövləti məğlub edə bilmişiksə, onda biz İkinci Dünya Müharibəsinin taktikasından istifadə edərək narkotiklərlə ticarəti də məhv edə bilərik.
İkinci Dünya Müharibəsinə müdaxilə edərkən həll edilməli olan təchizat və infrastruktur problemləri hətta bu gün də insanın təsəvvürünü heyran edir.
Və bununla belə, o vaxt biz bütün problemləri müvəffəqiyyətlə həll edə bildik. Əgər belədirsə, onda sərəncamımızda daha müasir silah və texnika olduğu halda niyə dəqiq məlum olan, Almaniyadan qat-qat kiçik və daha zəif düşməni məğlub etmək mümkün deyil? Narkoticarətin çiçəklənməsinin əsl səbəbi ondan ibarətdir ki, bu, dünyanın ən yüksk vəzifəli ailələrinin nəzarəti altında olan və vasitəsilə astranomik pullar qazanılan koordinasiya olunmuş nəhəng mexanizmin bir hissəsidir.
1930-cu ildə Cənubi Amerikaya qoyulan Böyük Britaniya kapitalının həcmi, onun “dominionlarına” qoyulan kapitalı üstələdi. Böyük Britaniyanın xarici investisiyaları üzrə görkəmli mütəxəssis olan Qrexem bildirirdi ki, Böyük Britaniyanın Cənubi Amerikaya yatırdığı kapitalın həcmi “bir trilyon funt sterlinqi keçmişdir”. Xatırlayın, bu 1930-cu il idi və o vaxt bir trilyon funt sterlinq ağlasığmaz məbləğ idi. Cənubi Amerikaya belə nəhəng investisiyaların qoyuluşunun səbəbi nə idi? Bir sözlə deyilərsə - narkotiklər.