Amerika və Rusiya arasında son günlərdə yaşanan "casus" və "casus mübadiləsi" hadisələri Rusiya mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılır
13-07-2010
Faktxeber.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Newsweek" jurnalının rusca versiyası "Ruskiy Newsweek" Moskvanın ən yaxşı altı agentinin adlarını açıqlayıb. Agentlərin çoxu Amerika kəşfiyyatının ən əhəmiyyətli vəzifələrində işləyib və gizli məlumatları Moskvaya çatdırıb.
1. Oldriç Hames
Hames soyuq müharibə illərində və sonra Amerika kəşfiyyatının yüksək çinli rəsmisi idi. Sovet kəşfiyyatının ən əhəmiyyətli agenti sayılırdı. 1985-ci ildə o Sovet səfirliyinə gələrək əməkdaşlıq təklif etmişdi. Bu agent sayəsində Moskva, Amerikanın KQB və hərbi kəşfiyyata işləyən casusları ortaya çıxarmışdı. Onun sayəsində 25 Amerika casusu ələ keçirilmişdi və onlardan 10-u edam edilmişdi. ABŞ senatı kəşfiyyat komissiyası, Hamesin üzündən Amerika kəşfiyyatının Sovetlər Birliyi ilə əlaqədar əhəmiyyətli qaynaqlarını itirdiyini bildirmişdi. 1994-cü ildə deşifrə olan Hamesə ömürlük həbs cəzası verildi. Hadisə Rusiya-ABŞ arasında gərginliyə də gətirib çıxarmışdı. 9 il Moskvaya işləyən CİA rəsmisi Hamesə Kreml 2,7 milyon dollar ödədi.
2. Harold Ceyms Nikolson
CİA-nın xüsusi mütəxəssislər yetişdirən gizli bir mərkəzin mütəxəssisi Nikolson, Rusiya kəşfiyyatında "Batman" ləqəbini qazanmışdı. Nikolson, casusluq etdiyi illərdə CİA-nın Moskva ilə və burada işləyən yeni agentlərlə əlaqədar əhəmiyyətli məlumatları Moskvaya ötürmüşdü. 1996-cı ildə hesabında 120 min dollardan çox olduğu ortaya çıxandan sonra barəsinbdə araşdırma aparılır. Deşifrə olnunan Nikolsona 23 il həbs cəzası verilir.
3. Earl Edvin Pitts
FBİ-ın New York rəsmisi və Rusiya üzrə mütəxəssis idi. 1987-ci ildə KQB ilə əməkdaşlığa başlayıb. KQB-yə amerikan agentləri ilə əlaqədar məlanatlar ötürürmüş. 1992-ci ildə Amerika kəşfiyyatı ondan şübhələnir. O, Moskva ilə əlaqələri kəsir. 1996-cı ildə isə Amerika agentlərinin "tələsinə" (sözdə rus agenti qılığına girən Amerika kəşfiyyat səlahiyyətlisinin əməkdaşlığı təkrar başladılması istiqamətindəki təklifinə) düşərək həbs edilir.
4. Corc Trofimoff
Rusiya əslli Amerika hərbi kəşfiyyat rəsmisi idi. Almaniyada rus mühacir ailəsində doğulub və sonra ABŞ-a köçən Trofimoff orduda vəzifəyə başlayıb. 1969-cu ildə Almaniyadakı hərbi kəşfiyyat mərkəzinə təyin edilib. Bəzi məlumatlara görə Rusiya Ortodoksal kilsəsinin keşişi Mitropol İriney tərəfindən KQB adına əməkdaşlıq təklifinə müsbət cavab verib. Trofimoff Rusiyaya 25 il agentlik edib. Moskvaya kimyəvi və bioloji silahlar daxil 50 min səhifəlik gizli məlumatlar ötürüb. 1994-cü ildə deşifrə olunan Trofimoff altı il sonra həbs edilib və 73 yaşında ömürlük həbs cəzası alıb.
5. Robert Hanssen
FBİ-ın sabiq Sovet analitik araşdırmalar mərkəzinin rəhbəri olub. KQB-nin Ramon kodlu agenti idi. 1985-ci ildə KQB ilə əməkdaşlığa başlayıb. Lakin Amerika mətbuatına görə, o Rusiya hərbi kəşfiyyatı ilə 1970-ci illərin sonunda əlaqəsi olub. 1991-ci ildə KQB ilə əlaqələrini kəsdi. Amma 1999-cu ildə yenidən Rusiya kəşfiyyatıyla əlaqələr qurub. İki il sonra isə deşifrə olub. Rusiyanın qiymətli agenti sayılan Hanssen 1,4 milyon dollar qarşılığında FBI, CİA və başqa təşkilatlardan ələ keçərdiyi altı min səhifəlik sənədləri Moskvaya çatdırmışdı.
6. Ariel Veinmann
2006-cı ildə həbs edilən Ariel Veinmann Amerika dənizaltısında vəzifəli işləyirdi. 2005-ci ildə gizli sənədlərin olduğu laptop-u (diz üstü kompüter) "Tomahavk" raketləri ilə təchiz edilən "Albuquerque" dənizaltısından götürərək Moskvaya aparir. ABŞ-a qayıdarkən həbs edilir və 12 il həbs cəzası alır.