Alimlər son 17 ildə 70-80 yaşlı minədək insanın xəstəlik tarixçəsini tədqiq ediblər
12-07-2010
Depressiyaya meyilli, həyatından narazı insanların yaşa dolduqca ağlının azalması riski təmkinli insanlara nisbətən yüksəkdir.
Alimlər son 17 ildə 70-80 yaşlı minədək insanın xəstəlik tarixçəsini tədqiq ediblər. Onların 164-də kəmağıllıq, 136-da isə alzeymer xəstəliyi müşahidə edilib. Və həmçinin məlum olub ki, vaxtilə depressiyadan əziyyət çəkən adamlarda kəmağıllıq riski 70 faiz artıb.
Depressiyaya meyilli adamların baş beyninin müəyyən hissələrinin iltihabı baş verir ki, bu da beyin qabığında dəyişikliklərə səbəb olur. Nəticədə kəmağıllığın əlamətları özünü göstərir. Burada fizioloji amillərlə yanaşı, sosial amillər də böyük rol oynayır. Belə insanlar ünsiyyətdən qaçır, özlərinə qapılır. Belə həyat tərzi isə kəmağıllığa gətirib çıxarır.
Alimlər müəyyənləşdiriblər ki, depressiya insana təkcə mənəvi cəhətdən deyil, fiziki cəhətdən də əzab verir. Ruh düşkünlüyünə qapılan insan ağrını daha kəskin hiss edir. Alimlər bunu beyinin eyni hissələrinin həm emosiyalara, həm də fiziki ağrıya cavabdeh olması ilə izah edirlər.