Rusiyaya ABŞ-da casusluq etdikləri iddia edilən 10 nəfərin həbs edilməsi ilə əlaqədar Rusiya mətbuatında müxtəlif sui-qəsd nəzəriyyələri ortaya atılıb
08-07-2010
Faktxeber.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyaya ABŞ-da casusluq etdikləri iddia edilən 10 nəfərin həbs edilməsi ilə əlaqədar Rusiya mətbuatında müxtəlif sui-qəsd nəzəriyyələri ortaya atılıb. Bunlardan ən maraqlısı isə keçmiş Sovet gizli xidməti KQB-nin təqaüdçü generalı V. Pavlovun danışdığı əhvalatdır. KQB generalı bildirdiyinə görə, 1985-ci ildə Sovet kəşfiyyatı çox qiymətli bir Polşa agentini qərbin 23 agentiylə dəyişib.
Rus Kommersant Vlast jurnalında dərc olunan yazıda, təqaüdçü KQB generalı Pavlov vəzifə yerinə yetirdiyi Polşada kəşfiyyat və təhlükəsizlik sahəsindəki Moskva-Varşava məhsuldar əməkdaşlığından danışıb. Pavlov qeyd edib ki, 1970-ci illərin sonunda KQB-nin Polşa rəisi idi. Xüsusilə KQB, Polşalı agentlər sayəsində ABŞ-da gizli məlumatlara, Pentaqonun işlədiyi ən əhəmiyyətli təşkilatlara yol tapa bilmişdi. Məsələn, Polşalı agentlər Sovet pullarıyla Amerika "System Control İncorporation" şirkəti idarəçilərindən Ceyms Harperi satın ala bilmişdi.
Harper də Polşadan Moskvaya gizli sənəd və proyektlərin fotopiyasını sızdırmışdı. Söz mövzusu şirkət isə ABŞ Müdafiə Nazirliyinin sifarişləriylə işləyən bir təşkilat olaraq tanınırdı. Amma 1983-cü ildə Polşa baş qərargahındakı ABŞ-a işləyən bir agent sayəsində Harperin fəaliyyəti Amerika kəşfiyyatı tərəfindən aşkar edilir. Bu hadisədən sonra Sovet kəşfiyyatı bir başqa Polşalı agent Marian Zaxarski vasitəsilə yenə əhəmiyyətli bir Amerikalı havaçılıq təşkilatı səlahiyyətlisi Villiam Holen Bellə əlaqə yartmışdı. KQB üçün qiymətli agent sayılan Zaxarski, gizli qaynağı Bellin vasitəsilə çox strateji əhəmiyyət daşıyan gizli sənəd və proyektlərin fotopiyasını Moskvaya çatdırmağı bacarmışdı. KQB də Bell üçün kisənin ağızını açmışdı. Amma 23 İyun 1980-cı ildə New Yorkda Polşa kəşfiyyatının gizli iqamətgahındakı məsul şifrəçi Amerika tərəfinə qaçır. "Xain" şifrəçi Amerika kəşfiyyatına Holen Bellə işləyən Zaxarskinin teleqraflarını çatdırmışdı. Amerika kəşfiyyatı Zaxarski və Belli dərhal həbs edir. Polşalı agentə ömürlük, Holen Bellə isə səkkiz il həbs cəzası verilir. Amma KQB qiymətli agenti Zaxarskinin Amerika həbsxanalarında çürüməməsi üçün əlindən gələn hər şeyi etdi və nəhayət gizli razılaşma təmin edildi. 1985-ci ildə KQB, Zaxarskini (üç Şərq bloku ölkəsi agentiylə birlikdə) Şərq bloku ölkələrində həbs edilən 23 avropalı agentlə dəyişir.