Bu sözləri bu gün dindarların işi üzrə məhkəmə prosesində şahidlər söyləyib
06-07-2010
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Yasamal Rayon Məhkəməsində dindarların işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə ittiham olunanların vəkilləri və 3 hadisə şahidi çıxış edib. Qeyd edək ki, şahid kimi ifadə verən 3 nəfər həbsdə olan 5 nəfərin hadisə baş verən zaman heç kimə xəsarət yetirmədiyini və ümumiyyətlə dava etmədiyini bildirib. Şahid kimi ifadə verən Azər Heydərob, əsədullayev Həmid və Nəsibov Rəşad təqsirləndirilən 5nəfərin 13 fevral tarixində heç kimi döymədiyini, əksinə onların polis əməkdaşları tərəfindən döyüldüyünü bildiriblər. Xatırladaq ki, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindarın - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Növbəti məhkəmə prosesi iyul ayının 8-i saat 11 :30-da başlayacaq.