FBİ tərəfindən ABŞ-da həbs edilən rus agentlərindən biri - Anna Çapmanın Londonda işlədiyi ortaya çıxıb
30-06-2010
FaktXeber.com-un verdiyi məlumata görə, FBI tərəfindən ABŞda tutulan rus agentlərdən biri - Anna Çapmanın Londonda işlədiyi məlum olub. 2003-cü ildə İngiltərəyə gəldiyi aşkarlanan Çapmanın, 2004-2005-ci illər arasında Londonun məşhur Barclays Bankında işlədiyi bildirilir.
ABŞ-dakı rus agentlərin İngiltərə kəşfiyyat idarəsi MI5-i heç zaman aldatmadığını yazan İngilis mətbuatı, soyuq müharibə dövründən bu yana ilk dəfə MI5in İngiltərədəki rus agentləri deşifrə etmək üçün fəaliyyətə başladığını yazıb. MI5, 20 fərqli ölkədən agentlərin İngiltərədə sərbəst gəzdiyi qənaətindədir. Məlumata görə, təkcə Rusiyanın səfirliyinin personalından başqa İngiltərədə 30 agenti var.
MI5ə görə, ruslar xüsusilə Qərb ölkələrinin enerji siyasətləri və proyektləri üzərinə fokuslanır. Rusiyanın enerji ehtiyatlarını xarici siyasət vasitəsi olaraq istifadə etdikləri fikirində olan ingilislərə görə, İngiltərədə fəaliyyət göstərən xarici ölkə agentləri arasında ən aktiv olanları ruslar və çinlilərdir.
Rəsmi saytında açıqlama verən MI5, Sovetlər Birliyinin dağılmasıyla casus təhlükəsinin yox olmadığını, İngiltərəyə qarşı casusluq fəaliyyətlərinin açıq bir şəkildə ortada olduğuna diqqət çəkib. Ancaq MI5ə görə, hazırki casus fəaliyyətlərində hədəf fərqlidir: "Əvvəllər aparılan casusluq fəaliyyətlərində məqsəd o ölkənin siyasi və hərbi sirlərini deşifrə etmək idi. Ancaq casuslar bu günün texnoloji dünyasında, yüksək texnologiyaya sahib hərbi və iqtisadi proqramlaşdırmaların ardıncadır."
Keçmiş Kəşfiyyat Təhlükəsizliyi İdarəsi rəhbəri David Omand da Rusiyaya reaksiya verərək, "Ruslar casusluq mövzusunda çox aktiv və çox mərhəmətsizdirlər" - deyə bildirib.