Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2020
11:20
16 yaşlı arvadını öldürməkdə ittiham olunan Masallı sakini həbs edilib

Masallı rayonu, Həsənli kənd sakini 16 yaşlı Qəmbərova Fatimə Mais qızının qətlə yetirilməsi ittihamı ilə bağlı əri 2001-ci il təvəllüdlü İman Məmmədov tutulub.

Bu barədə rayonun hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

F.Qəmbərova yanvarın 29-da Xoşçobanlı kəndində qətlə yetirilib. İki həftə əvvəl qız həmkəndlisi İman Məmmədova ərə gedib. Məhkəmə ekspertizasına görə, zərərçəkən boğularaq öldürülüb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Əldə olunan məlumata görə, İ.Məmmədov yanvarın 29-da axşam saatlarında saxlanılıb. O, törətdiyi əməli etiraf edərək, onunla yetkinlik yaşına çatmayan həyat yoldaşı arasında məişət zəminində münaqişə baş verdiyini deyib. Saxlanılan şəxsin bədənində müayinə zamanı mütəxəssislər hücuma məruz qalan F.Qəmbərovanın müqavimət göstərməyə çalışdığını göstərən yüngül xəsarətləri qeyd ediblər.

Məlum olub ki, saxlanılan şəxs Sumqayıt Dövlət Texniki Kollecinin tələbəsidir. Bununla əlaqədar gənc cütlük Sumqayıtda kirayə mənzilə köçməli idi. Mənzili İ.Məmmədovun anası kirayələyib.

Saxlanılan şəxsin dediyinə görə, o, F.Qəmbərova ilə valideynlərinin istəyinə əsasən evlənib. Onlar 2016-cı ildə, üç il əvvəl nişanlanıblar.

Hüquq mühafizəçiləri qeyd ediblər ki, istintaq orqanları mərhumun qanunu pozan və hələ nikah yaşına çatmamış qızını ərə verən valideynlərinə qarşı tədbirlər görməlidir. (oxu.az)

Məqalədə : Masallı cinayət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əfqanıstanda bombalı hücum baş verib

26

Fevral
18:10
DÜNYA
174

Azərbaycan balı ucuzlaşacaq

26

Fevral
17:35
İQTİSADİYYAT
356

Fevralın 27-nə manatın məzənnəsi

26

Fevral
17:30
İQTİSADİYYAT
213

Adam öldürüb 25 il gizləndi

26

Fevral
16:57
DÜNYA
320

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib

26

Fevral
16:10
HÜQUQ,HADİSƏ
2018

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

26

Fevral
15:11
İQTİSADİYYAT
403
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 23:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru