Məşhur "Şrek" cizgi filminin növbəti seriyası təqdim edilib
04-06-2010 / 13:16
Şrek və Fionanın məhəbbət hekayəsi üzərində "Şrek - Sonsuza qədər xoşbəxt" animasiya filminin təqdimatı baş tutub. Bataqlıqda yaşayan yaşıl bir divin macəralarını əks etdirən filmdə, həyat yoldaşı və uşaqları ilə xoşbəxt həyat sürən Şrekə bu vəziyyət darıxdırıcı gəlir. Və bundan sonra baş verən hadisələrdə həyatı maraqlı olur.
Fransız və Alman nağılları toplusundan yaranmış bu cizgi filminin süjet xəttinə görə Şrek və Fiona şahlıq kürsüsünə layiq görülür. Amma qəhrəmanlar onlara təqdim olunan imkanlardan imtina edirlər. Bu seriyada da Şrek və Fionanın sadiq dostları pişik və uzunqulaq onların yanında olur, düşmənlərlə mübarizədə köməklik göstərirlər.
"Dreamwork animation kinostudiyasının ərsəyə gətirdiyi və Mike Mitçellin rejissorluğu ilə lentə alınan ekran işinin səsləndirilməsi yenə də Mayk Mayres, Kemeron Dias, Eddi Mörfi, Antonio Banderas və Castin Timberleykə həvalə olunub.
Nəzərinizə çatdıraq ki, 2001-ci ildə ekranlara çıxan "Şrek" cizgi filmi öz yaradıcılarına 916 milyon, 2004-cü ildə işıq üzü görən "Şrek-2" cizgi filmi isə 500 milyon gəlir gətirib.
Qeyri-adi animator işi, maraqlı süjet xətti və Hollivudun ən məşhur ulduzlarının səsləndirməsi… bütün bunları görmək isətəyənlər isə bir qədər səbrli olsunlar. Çünki artıq filmin təqdimatından sonra "Şrek - Sonsuza qədər xoşbəxt" animasiya filmini efirlərdə izləmək imkanı olacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.