Kanadada aparılan bir araşdırma, kiçik yaşda yalan danışmağın zəka əlaməti olduğunu aşkara çıxarıb
19-05-2010 / 12:50
FaktXeber.com-un "Sience" jurnalına istinadən verdiyi məlumata görə, Toronto Universitetinin apardığı araşdırmada zamanı, yalan danışarkən istifadə edilən kompleks beyin funksiyalarının uşağın zəkasının göstəricisi olduğu müəyyənləşib.
Araşdırmaya, 2-17 yaşlarında 1200 uşaq və gənc qatılıb. Alimlər iştirakçılardan, otaqdan çıxdıqda arxalarında olan oyuncaqlara baxmamalarını tələb edib. Kamera vasitəsilə otaqdakılara nəzarət edən alimlər, geri dönən zaman uşaqlara arxalarına baxıb-baxmadıqlarını soruşub və cavabları görüntülərlə müqayisə edib.
2 yaşlı uşaqların yalnız beşdə birinin yalan söyləyə bildiyini aşkar edən alimlər, 4 yaşında isə bu göstəricinin 90 faizə çatdığını müşahidə ediblər.
Toronto Universiteti Uşaq İşləri İnstitutu direktoru həkim Kang Lee, beyin inkişafı daha yüksək səviyyədə olan uşaqların yalan danışdığını, çünki yalanlarını ört-basdır edə bildiyini söyləyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.