Zəminə Əliqızı: "Məktəbli formaları Bakı Tikiş Fabrikində tikilib, müvafiq satış mərkəzlərinə çıxarılaraq, 28 manat 50 qəpik dəyərində şagirdlərə təqdim olunacaq"
13-05-2010 / 15:46
Azərbaycanda bir çox sahələrdə ciddi problemlərin olması haqqında mətbuat dəfələrlə geniş şəkildə yazılar dərc edib və ictimaiyyəti məlumatlandırıb. Heç şübhəsiz təhsil sistemindən də bu kimi narahat edici xəbərlər gəlməkdədir. Əslində kifayət qədər faktlar tapmaq olar ki, təhsilin gələcəyi barədə geniş və aydın görüntü yaratsın. Xatırladaq ki, sovetlər dönəmində dövlət hər mənada təhsil məsələsini öhdəsinə götürüb, bütün problemlərini həll edirdi. Müstəqillik dövründə isə dərs vasitələri ilə yanaşı, geyim problemi də ciddi narazılıqlara səbəb oldu. Onsuz da sosial çətinliklərin içində çabalayan əksər valideynlər, vahid geyim forması məsələsi ortaya çıxanda, ən azı yeganə çıxış yolu kimi uşaqları təhsildən uzaqlaşdırmaq qərarına gəlirlər.
Beləliklə, vahid məktəbli geyim forması tətbiq olunduqdan sonra bəzi işbaz məktəb direktorları və sinif rəhbərləri tərəfindən formalar baha qiymətə valideynlərə satılır. Bu ticarət hətta məcburi şəkildə aparılır. Redaksiyamıza daxil olan faktlara əsasən, məktəbli formasının hansı mexanizmlə satılmasını və qiymətini öyrənmək qərarına gəldik. Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Təhsil İdarəsi mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı ilə əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən Z.Əliqızı bildirdi ki, vahid məktəbli forması təşəbbüsü 2007-ci ildə Bakı şəhəri Təhsil İdarəsi tərəfindən irəli sürülüb: “Həmin ilin avqust ayında Azərbaycanın bütün məktəblərində məktəbli formasının tətbiqi ilə əlaqədar təhsil naziri Misir Mərdanov əmr verib. Əmr imzalandığı gündən hər bir məktəbə öz məktəbi üçün geyim seçmək hüququ verilib. Ancaq məktəbli formasına keçid məcburi xarakter daşıyır. Hər bir məktəbin özünəməxsus şəkildə geyim seçmək hüququ olub”.
Z.Əliqızı qeyd etdi ki, keçən ildən etibarən biz daha yeni ideya ilə çıxış etdik: “Bakının bütün məktəblərində vahid formaya keçmək barədə qərar verildi. Bu qərara müvafiq olaraq, artıq Bakı Tikiş Fabrikində işlər başlayıb. 2010 və 2011-ci tədris ili üçün Bakının bütün məktəblərində 1-ci, 4-cü sinif şagirdləri vahid məktəbli formasına keçiriləcəklər. Nəzərdə tutulub ki, may ayından etibarən növbəti dörd ay ərzində hər rayonda satış mərkəzləri yaradılsın. Beləliklə, yaxın ərazidə yaşayan hər bir şagird valideynləri ilə birlikdə gedib öz ölçülərinə uyğun forma alacaq. Bütün ölçülərə uyğun olaraq qiymət 28 manat 50 qəpikdir. Bu qiymətin dəyərində bütün məktəblilər 1-ci, 4-cü sinif şagirdləri eyni forma geyinəcəklər. Gələn tədris ilindən isə, yəni 2011 və 2012-ci ildən etibarən Bakının bütün sinif şagirdlərinə bu qayda şamil ediləcək. Bu il sadəcə, texniki baxımdan çatdıra bilmədik.
Bu formalar Bakı Tikiş Fabrikində tikilir və təyin olunmuş satış mərkəzlərində satışa çıxarılır. Heç bir məktəbin direktoru bu məsələlərə müdaxilə edə bilməz. Əgər belə faktlar olarsa, zəhmət olmasa bizə bildirin. Çünki, BŞTİ-nın qərarı var; Bakının bütün məktəblərində şagirdlər müəyyənləşmiş məktəbli forması geyinməlidirlər. O geyimlər də yalnız satış mərkəzlərində satışa çıxarılacaq. Drektorlar və müəllimlər sadəcə, satış mərkəzlərinin ünvanlarını valideynlərə deyə bilərlər”.
Salam, Z... Davamıemine xanım
Men de ne vaxtsa uzun iller pedaqoji fealiyyetle meşğul olmuşam. Meger bizim mekteblilerimiz, bir tehsil idaresinin rehberi kimi, sizin bu şekildeki normal, gozel geyiminize baxıb numune goturseydi pis olardımı? Mektebli formasının qapalı tehsil muessiselerinde tetbiqi yaxşı olardı. Amma tam israrla deye bilerem ki, vahid mektebli formasının mecburen tetbiq olunmasından daha çox, mekteblilerimize normal, terbiyeli, endazeli ve serbest geyim medeniyyetini, zovqunu ve estetikasını aşılamaq yaxşı olardı. Qoy uşaqlarımız oz geyimlerini ozleri seçsinler, ele lap genc yaşlarından nece geyinmeyi, nece bezenmeyi oyrensinler, onların zovqunu inkişaf etdirmek lazımdır. Eger o mektebli yeniyetme zorla ona geyindirilmiş formanı çıxardıqdan sonra cemiyyet içinde açıq-saçıq, utandırıcı, ecayib, "gullu-çiçekli", ustu yazılı paltarlar geyinecekse, biz heç neye nail ola bilmeyeceyik. Yeni 60 yaşı olanda da adi qalstuku bağlaya bilmeyecek, yaşıl kostyumla qırmızı koyneyi geyinib çıxacaq cemiyyet içine, hamının gulunc obyektine çevrilecek. Eksine, biz onların içinde coşan muellimine benzemek, muellimi, valideyni, normal çerçivede ideal hesab etdiyi insanlar kimi geyinmek, onlara benzemek, normal geyim seçmek, zovqle, şıq geyinmek heveslerini içlerinde boğaraq, onları duzgun istiqamete yoneltmirik. Onlarda hemin mektebli formasına qarşı nifret, menfi munasibet olduğundan, onların ona gigiyenik qulluq seviyyeleri de aşağı olacaq. Ne olar ki, mektebli, daha doğrusu azyaşlı olanda. Neye gore biz gelecek vetendaşlarımızı bele çerçiveler içinde,qorxaq, muti, gozuqıpıq boyuduruk. Biz bu gun uşaqlarımıza oz geyimimiz, davranışımızla numune olmaq evezine, ozumuz oz hereketlerimiz, geyimimizle bezen onların dunyagorunuşune menfi tesir gosteririk. Meselen, eger muellimenin ozu sinfe zer-zibanlı, çilçırağı xatırladan sırğalarla, bir neçe uzuk, kulon ve s. daş-qaşla daxil olursa, uşaqlara mecburen hemin formaları geyindirmek, onlara "sade geyinmek" emrini vermek ne derecede duzgundur. Muellimlerimiz de oz geyimlerinde sadeliye varmalıdırlar.
Bir sozle men mektebli formasının eleyhineyem, bu, yaxşılığa doğru addım deyil. Sadece, uşaqlarımıza geyim medeniyyeti aşılamalıyıq. Gelin ele mektebdece uşaqlarımıza esil xanım, esil bey kimi, etrafdakıların menfi menada diqqetini celb ede bilmeyecek bir şekilde geyinmeyi oyredek.
Sağ olun
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.