Mövsüm Səmədov: "Ölkəni ağır duruma salan, işğal olunmuş torpaqları geri qaytarmaq istəməyən, xalqı mənəvi kökündən ayırmağa çalışan və müstəqil fikirli insanları zindanlarda çürütmək istəyən iqtidarın başında duran prezidentin istefasını tələb edirik"
03-04-2010
Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, bu gün partiyanın mərkəzi qərargahında AİP Baş Məclisinin növbəti toplantısı keçirilib. Məlumatda qeyd olunur ki, toplantıda ölkəmizdəki ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ problemi və milli-mənəvi dəyərlər mövzusunda məsələlər müzakirə olunub.
“Dağlıq Qarabağ probleminin həllinin uzanması gənclərdə vətənpərvərlik hissini öldürməklə yanaşı, həm də Qarabağın taleyini açıq-aydın sual altına salır. Minsk Qrupu həmsədr ölkələri isə ermənilər tərəfindən işğal olunmuş əraziləri bu günə qədər Azərbaycan ərazisi hesab etmirlər”. Bu sözləri AİP sədri Mövsüm Səmədov səsləndirib. O əlavə olaraq bildirib ki, “belə olan halda, işğal olunmuş Azərbaycan torpaqlarının taleyinin bu qurumlara tapşırılması ölkəmizin müstəqilliyini şübhə altına salır. Bütün bunların əsasında ölkəmizdə insanların milli-mənəvi dəyərlərinə olan neqativ münasibətlərdən, İslam dininə, onun əlamət və atributlarına, məscidlərə, azana, hicaba, dindarlara, dini-elmi kitablara qarşı ağlasığmaz təcavüz və təhdidlərin, məhdudiyyətlər və qadağaların tətbiqi durur”.
Eyni zamanda M.Səmədov 13 fevralda İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatının ildönümü münasibəti ilə Şəhidlər Xiyabanına ziyarətə gedən bir qrup gəncin polis tərəfindən vəhşicəsinə döyülmələrinə və həbs edilmələrinə də toxunub: “13 fevral 2010-cu il tarixdə bir qrup gəncin “Şəhidlər Xiyabanı”na ziyarətə gedərkən Bakının Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən ağlasığmaz kobudluqla qarşılaşmasını, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələrini müsəlman Azərbaycan vətəndaşlarına və ümumilikdə bütün müsəlmanlara qarşı təcavüz və təhqir kimi qiymətləndiririk. Xalqına, dininə sədaqətli, günahsız insanların polis tərəfindən bütün qanunları, insanlıq heysiyyatını əzib keçərək döyülməsi, təhqir olunması azmış kimi, həm də həbsə alınması sübut edir ki, ölkəmizdə insan haqları kobud şəkildə pozulur, əqidə və vicdan azadlığı məhdudlaşdırılaraq azad düşüncə tərzinin boğulmasına cəhdlər ğöstərilir”.
M.Səmədov qeyd etdi ki, biz baş verənləri sağlam qüvvələrin planlı şəkildə “zərərsizləşdirilməsi”, cəmiyyətin aktivləşməsini əngəlləmək cəhdi kimi qiymətləndirir, insanları acı sonluqları görməyə çağırırıq: “Ölkəni bu ağır duruma salan, işğal olunmuş torpaqları geri qaytarmaq istəməyən, xalqı mənəvi kökündən ayırmağa çalışan və müstəqil fikirli insanları zindanlarda çürütmək istəyən iqtidarın başında duran prezidentin istefasını tələb edirik”.
Nehayet ki, Bakida hakimiyyetde olan Ilham Eliyevin istefasi, cox dyz telebdir!
Cynki, ne gederki o veya onun ayilesinden kimse Bakida hakimiyyetdedir, Qarabagimiz ele o qederde Ermeni ishqalinda qalacaqdir! 60%-den cox emek qabiliyyetli ehalimiz xaricde yashamali ishlemeli olacaqdir! Mende Sizinle hemreyem!
#FFFFFF">
Zamin
03-04-2010, 18:48:31
#FFFFFF">
Salam. Deyesen bu hokumet bu cur siyasetin xalqa ziyan verdiyi basha dushmur. Gor ish ne yere chatib ki, uzun muddetdir sakit duran islamchilar da dillendiler
#FFFFFF">
Xaliq Qurbanov
03-04-2010, 18:55:32
#FFFFFF">
Bu gune kimi hakimiyyetin istefasini teleb eden 2 partiya var idi - Musavat ve AXCP. Artiq onlarin siyahisina biri de elave olundu Azerbaycan Islam Partiyasi. Bu ise Azerbaycanda kimlerin xalqi daha cox sevdiyinin gostericisidir
#FFFFFF">
Aysel Araz
03-04-2010, 20:45:45
#FFFFFF">
Men ise bunun ehemiyyetsiz oldugunu hesab edirem.Chunki hazirda olkemizde chox duzgun siyaset yurudulur.Eger yene de dushunulmemish addim atilsa,novbeti defe "SHEHIDLER XIYABANINA" uz tutmali olacagiq.Ona gore de telesmek lazim deyil.Hem de ilk novbede oz daxilimizde hemreyliyi berpa etmeliyik.Shexsi intiqam,gunahsiz insanlarin qetle yetirilmesi hech bir xalqa bash ucaligi getirmir!!!
#FFFFFF">
Maksud
03-04-2010, 23:11:56
#FFFFFF">
Salam Aleykum!
Eger bu heber DOGRUDANDA DUZDUSE, bu demek olar ki gelebeye 1ci addimidi. Bunun dalinda konkret adtimlar olmalidi ve olacaq, cunku hokumet bu beyanati helebele buraxmaz, bu Isa Qemberden gelseyidi, bunun hec bir ehamiyeti olmazdi, amma bu sozderin Islamdan gelmesi hokumeti ve onun Tel Avivda ve Washingtonda oturan sahiblerini COX narahat edecek.
Men ve butun Muselmanar coh sadiq ki Allahin qanununa uyghun yasayan sexsler var. Bu dogurdanda da bir tarixi hadisedi!
#FFFFFF">
Huner
04-04-2010, 11:52:25
#FFFFFF">
Bugunku Azerbaycanda bu telebi etmek qeyret teleb edir. Amma bu qeyret gucu yalniz istefa telebinden ibaret olacaqsa...
#FFFFFF">
Rufet Bakili
04-04-2010, 17:44:05
#FFFFFF">
Salam. Men inaniram ki, Movsum Semedov bu gozel addimin behresini gorecek. Movsum bey bilsin ki, biz cavanlar, heqiqet ashiqleri, dindarlar, zulumle vurushanlar, veteni sevenler senin yanindayiq
#FFFFFF">
Zaur
04-04-2010, 20:41:16
#FFFFFF">
Salam, mence bu fikir ela fikirdi, coxdan kiminse qabaga cixib deyesi sozdu. Bu sozleri deyenlerin islamcilarin olmasi o demekdi ki, Azerbaycan xalqi muselmandi, burada ne qeder islamin qarshisini almaq isteseler de ala bilmeyibler, Islam hemishe yashayib yashayir, yashayacaq!
#FFFFFF">
memmedov zaur
05-04-2010, 16:08:00
#FFFFFF">
bu kelamin muellifin bu olkede coxlari taniyir ve ya eshidib ,taniyana da tanimayana da bir tovsiyem var:Ey bu olkenin qeyret sahibleri! gelin bu kelami rehber tutaraq AIP sedrinin sesine ses verib qanimiz bahasina olsa bele azadliqimizi,musteqilliyimizi,xoshbext geleceymizi temin edek!
#FFFFFF">
ali
05-04-2010, 21:35:54
#FFFFFF">
onu bildirmek isneyirem ki men islami harkati destekleyirem ama hacinin na partiyasinin nada ozunun siyasi tefekkuru ve seristesi imkan vermir ki siysai presslera radikal beyanatlarla cixislar etsin.onlar bilmeldiler ki aip partiya kimi tesis edilib dini icma kimi yox
#FFFFFF">
Ali
06-04-2010, 11:36:08
#FFFFFF">
Zulme qarshi cixmaq vacibdir!
Ve esas mesele birleshe bilmekdir. Eger saglam dushunceli birlik olsa mence butun problemlerin helline nail olmaq olar.
#FFFFFF">
Azer
06-04-2010, 12:23:20
#FFFFFF">
ali
onu bildirmek isteyirem ki men islami harkati destekleyirem ama hacinin na partiyasinin nada ozunun siyasi tefekkuru ve seristesi imkan vermir ki siysai presslera radikal beyanatlarla cixislar etsin.onlar bilmeldiler ki aip partiya kimi tesis edilib dini icma kimi yox.
***
ali adli shexs yuxaridaki fikirleri ile razi deyilem! Bildirmek istyirem ki bir adami yaxindan tanimadigin halda niye onun siyasi fikrine, bosh yere, mentiqsiz olaraq duzgun qiymet vermirsen? Niye Azerbaycanin taninmish partiya sedrine qarshi bele menfi fikir yaratmaq isteyirsen. Ikincisi senin eger nese obyektiv sozun varsa deyilenlere fikir ver, shexse yox. Dahiler demishken: Danishanin ozune yox, sozune fikir ver! Sen Azerbaycanin realligini bu kimi sozlerle gizlede bilmezsen.
#FFFFFF">
ilahe
06-04-2010, 15:43:38
#FFFFFF">
salam.nehayet ki,bu zulme bir dur deyen oldu. bu telebin vaxti coxdan catmisdi.bu fikire pis baxanlar ayilin. Ne vaxta kimi Qarabagi tezlikle alacagiq kimi bos vedlere inanacagiq? Ne vaxta kimi yatacagiq? Bes deyilmi gunahsizlarin zindanda curumeyi? Torpaglarimizin satilmagi? Ayilin ve bilin ki, Azerbaycanin basinda zahirde İlham eliyev dayana biler, amma olkemizi sionistler idare edir. Cox isterdim qeyretli Azerbaycan ogullari oyansin.
#FFFFFF">
Anar
08-04-2010, 16:40:47
#FFFFFF">
Salam aleykum. Ehsen bu gozel fikirlerin sahibine ve ehlibeyt asiqlerine. Inshallah Allah haqqi batile qalib eder. HAQQ GELDI BATIL MEHV OLDU.ALLAh memurlarimizi hidayet etsin hidayet olunmurlarsa mehvi nebud elesin!
#FFFFFF">
Abdullah
09-04-2010, 18:51:05
#FFFFFF">
Salam!
Azarbayjanin butun dindar va qeyratli javanlarinin sozunu demisan Qardash!
Labbeyk! Labbeyk! Labbeyk!
Nərgiz Nağıyeva: "İqbal Ağazadə həmişə böyük iddialarla yaşayan və böyük vədlər verib yanlış düşüncə sahibi olan biridir. Bu qədər ciddi işlərə qeyri-ciddi yanaşan adam yalnız cılız düşüncəyə sahib olan biridir"