Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2019
15:23
1160
130 yaşlı qəzalı binanın sökülməsinə başlanılır

Bakının Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanındakı 3 mərtəbəli binanın sökülməsinə hazırlıq işləri gedir.

FaktXəbər-in məlumatına görə, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, hazırda üçmərtəbəli binadakı ailələrin köçürülməsi yekunlaşmaq üzrədir: "Bina üçmərtəbəlidir, 1889-cu ildə inşa olunub. Burada 43 ailə yaşayırdı. 1998-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti binadakı sakinlərin köçürülməsi barədə qərar qəbul edib. Həmin vaxt binada olan ailələrdən 23-ü köçürülüb. Bu ailələrin köçürüldüyü mənzillərdə sonradan məcburi köçkünlər məskunlaşıb. Artıq həmin ailələr də binadan köçürülüblər. Hazırda sözügedən ünvanda 4 ailə qalıb ki, onlardan da 3-ü məcburi köçkündür. Yaxın günlərdə həmin ailələr də köçürüləcək və binanın sökülməsinə başlanacaq".

İ. Kərimov bildirib ki, bina qəzalı vəziyyətdə olduğu üçün sökülür. Binadakı ailələr Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən köçürülür.

Məqalədə : qəzalı bina 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Dünən yol qəzalarında 7 nəfər ölüb

18

Sentyabr
10:46
HÜQUQ,HADİSƏ
30

Bu şəxslərin maaşı artırıldı

18

Sentyabr
10:08
ÖLKƏ
85

Azərbaycan nefti ucuzlaşıb

18

Sentyabr
09:53
İQTİSADİYYAT
78

Xarici valyutaların manata qarşı məzənnələri

18

Sentyabr
09:45
İQTİSADİYYAT
94

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

17

Sentyabr
22:15
AİLƏ, SAĞLAMLIQ
251

Azərbaycan gömrüyündə MİLYONLUQ ƏMƏLİYYAT - FOTO

17

Sentyabr
20:56
HÜQUQ,HADİSƏ
266

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
209

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
205
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 11:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru