Qeyts: Biz İraqdan çıxsaq, İran boşluğu dolduracaq
Onun sözlərinə görə, əgər Amerika İraqı tərk etmək məcburiyyətində qalsa İran bu boşluğu dolduracaq
11-03-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Amerikanın Müdafiə naziri Robert Qeyts, Ərəbistana etdiyi səfər çərçivəsində, bu ölkənin kralı Məlik Abdullahla görüşüb. Görüş zamanı o, ərəb kralının diqqətini həmişəki kimi İranın təhlükə olduğuna cəlb edib. Onun sözlərinə görə, əgər Amerika İraqı tərk etmək məcburiyyətində qalsa İran bu boşluğu dolduracaq. Amma o İranın necə təhlükə ola biləcəyi məntiqini sübut etməkdə aciz qaldığından, ərəbistan tərəfidə ona konkret olaraq nəsə müsbət cavab verməyib. Bu baxımdan Qeytsin səfəri bir mənada səmərəsiz alınıb.
Ekspertlərin fikrincə, Amerikanın məntəqədə İranı təhlükə kimi göstərməsinin arxasında əslində öz maraqları durur. ABŞ dövləti bununla müsəlman ölkələri arasında ixtilaf yaratmaqla yanaşı, həm onlara öz silahlarını satır və həmdə özünün bu ölkələrdə günü-gündən nüfuzunun artmasına zəmin yaradır.