Faktxeber.com-un verdiyi məlumata görə, Qırğızıstan yenə ABŞ ilə Rusiya arasında çəkişməyə səhnə olur.İki ölkənin də hərbi bazalarının olduğu Qırğızıstan Əfqanıstandakı Amerika ordusu üçün həyati əhəmiyyət daşıyır.
11-03-2010
İngilitərə qəzeti Independent, Qırğızıstanın yenə ABŞ ilə Rusiya arasında çəkişməyə səhnə olduğunu bildirib.
ABŞ-lı General David Petraeus, hərbi sahədəki əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Qırğızıstana getdiyi qeyd edilən xəbərdə Petraeusun səfərindən bir gün əvvəl, ABŞ Qırğızıstanın, cənubundakı Batken bölgəsində terrorla mübarizə məqsədli hərbi təhsil mərkəzinin tikilməsi üçün 5 yarım milyon dollar verəcəyini açıqladığı xatırladılır.
Qırğızıstan rəsmiləri bildiriblər ki, ABŞ ilə müzakirə edilən təkliflər hələ təsdiqlənməyib.
Bu xəbərin Rusiyanı qəzəbləndirəcəyi gözlənilir. Xatırladaq ki, Rusiya ilə Qırğızıstan keçən il eyni bölgədə hərbi baza tikmək barədə razılığa gəlmişdilər.
Rusiyanın Qırğızıstan enerji sektoruna təxminən 2 milyard dollar pul buraxması ilə eyni ərəfədə Qırğızıstanda Manas hərbi bazasının bağlayacağını ebildirmişdi.
Ancaq ABŞ-ın hərbi bazaya görə ödədiyi icarə haqqını artırmasından sonra bu problem həll edildi.