Amerikalı ailə İsraildən 324 min dollar tələb edir
Korri ailəsi 2003-cü ildə öldürülən qızlarına görə, İsrailin Müdafiə Nazirliyindən 324 min dollarlıq təzminat tələb edir
11-03-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Bugün 7 il əvvəl Qəzza zolağında fələstinlilərə məxsus evlərin dağıdılmasına etiraz edərkən buldozerlə əzilərək qətlə yetirilən amerikalı fəal Korrinin ölümü ilə bağlı məhkəmə prosesi keçiriləcək. Korri ailəsinin 2003-cü ildə öldürülən qızlarına görə, İsrailin Müdafiə Nazirliyindən 324 min dollarlıq təzminat tələb etdikləri bildirilir. Türkiyə mətbuatında dərc olunan xəbərlərdə bugün səhər təxminən 40 nəfərlik qrupun Hayfa şəhərində məhkəmənin keçiriləcəyi binanın qarşısında İsrail hökuməti əleyhinə etiraz aksiyası keçirdiyi bildirilib. Qeyd edək ki, İsrail tərəfi 2003-cü ildə baş vermiş hadisənin qəsdən törədilmədiyini və təsadüf nəticəsində baş verdiyini iddia edir.