Almanya və Hollandiyanın Katolik kilsələrində baş verən kiçik uşaqlara təcavüz hadisəsinin müxtəlif ölçülərinin ifşa edilməsi üçün İngiltərənin "İndependent" qəzeti Papanın qardaşının da bu cinayətlə əlaqəsi barədə yazıb.
11-03-2010

FaktXeber.com-un "İndependent"ə istinadən verdiyi məlumata görə, katolik kilsələrinə bağlı 3 dini təhsil məktəbində şagird uşaqlar təcavüzə məruz qalıblar.
Məlumata görə, bu məktəblərdən biri, Papa XVI Benediktin böyük qardaşı Corc Ratzingerin kilsə xoruna başçılıq etdiyi Regensburg kilsəsidir. Ratzinger, bu cinayət hadisəsi barədə araşdırmaların lazım olduğu yerə qədər davam etdirə biləcəyini söyləmiş və eyni zamanda, xüsusilə də kilsənin xor qrupu haqqında gündəmə gətirilən təcavüz xəbərindən məlumatsız olduğunu bildirmişdir.