FaktXeber.com-un verdiyi məlumata görə, İslam Konfransı Təşkilatı rəhbəri Əkmələddin İhsanoğlu dünən Qatarın Doha şəhərində qatıldığı mətbuat konfransında İsrailin Qüdsdə yeni yəhudi məskənləri yaratmaq qərarına sərt reaksiya verərək, "İsrailin Qüdsün şərq qisimində 1600 yəhudi məskən salmaq qərarı, təhrikedici bir cəhd və eyni zamanda beynəlxalq birliyə istiqamətli bir saymamazlıq deməkdir" deyib.
İhsanoğlu bu mövzuda ayrıca olaraq "Bu vəziyyətdə dünya birliyinin, İsrailin bu şəkildə beynəlxalq qanun və qərarlara qarşı saymazyana davranmasına mane olması lazımdır" deyə vurğulayıb.
İslam Konfransı Təşkilatı rəhbəri İhsanoğlu, daha sonra bu Təşkilata üzv olan ölkələri, həmçinin BMT Təhlükəsizlik Şurasını İsrailin Fələstin torpaqlarının işğalını dayandırması və hərbi hücum cəhdlərinə son verməsi istiqamətində məcbur edəcək təzyiqlərini artırmaları üçün aktiv olmağa çağırıb.