Ölkədə son iki həftə ərzində 8 jurnalistin qaçırıldığı, jurnalistlərdən birinin işgəncəylə öldürüldüyü, ikisinin sərbəst buraxıldığı, beşinin isə hələ itkin olduğu bildirilir
11-03-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Meksika son günlər mətbuat mənsubları üçün təhlükəli ölkəyə çevrilib. Artıq son iki həftə ərzində 8-ə yaxın jurnalist müxtəlif təzyiqlərə məruz qalıb. Mövzu ilə əlaqədar mətbuata açıqlama verən "İnter-Amerika" Jurnalistlər Cəmiyyətinin sədri Alexandro Aquirre, 18 Fevral-3 Mart tarixlərində Meksikanın Reynosa şəhərində qaçırılan 8 jurnalistdən 3-nün sərbəst buraxıldığını, bu jurnalistlərdən birinin məruz qaldığı işgəncələrdən sonra öldüyünü, beş jurnalist barədə isə hələ də heç bir məlumat olmadığını bildirib . Qeyd edək ki, buna qədər Meksikada mətbuat mənsublarına bu cür münasibətin olmadığını ifadə edən Aquirre, ''Meksika hökuməti təcili olaraq hərəkətə keçməli və bu jurnalistləri qurtarmalıdır'' deyib.
Məlumat üçün bildirək ki, jurnalistlərin qaçırılmasını narkotik şəbəkələri təşkil edib. Nəzərinizə çatdıraq ki, şəhərdə narkotik şəbəkələrinin intiqamından qorxan yerli əhali polisə jurnalistlər barədə məlumat verməkdən qorxur, jurnalistlərin qaçırılmasını qəzetlər belə qısa xəbər formasında dərc edir.