Buna səbəb yenə qondarma erməni soyqrımı iddiasıdır
11-03-2010
Faktxeber.com-un verdiyi məlumata görə, ABŞ Konqresinin komitəsindən sonra bu dəfə İsveç parlamenti qondarma erməni soyqırımı barədə qanun layihəsini müzakirə etməyi planlaşdırır. Sənədin qəbul edilməsi riskinin az olduğunu açıqlayan Türkiyə rəsmiləri bunun ölkələr arasındakı münasibətlərə təsir göstərəcəyi ilə bağlı xəbərdarlıqla çıxış edib. Qeyd edək ki, ABŞ konqresinin qondarma erməni soyqırımını gündəmə gətirməsi, bir çox Avropa ölkələrini bu məsələyə yenidən baxmağa təhrik edib. İsveçrədən başqa İngiltərə başda olmaqla, bir neçə Avropa ölkəsində qondarma erməni soyqırımı məsələsinə yenidən baxılması nəzərdə tutulur.