Macarıstanın paytaxtı Budapeştə təşkil edilən film izləmə yarışında, 52 yaşlı bir nəfər fasiləsiz 104 saat film seyr edərək Macarıstan rekordunu təzələyib
10-03-2010
Faktxeber.com-un verdiyi məlumata görə, Ginness rekordlar kitabına girmək üçün təşkil edilən yarışda, 14 nəfər kino salonunda film izləməyə başlayıb, ancaq 104-cü saatda salonda yalnız bir nəfər qalıb. 52 yaşlı iştirakçı, Ginnes rekordlar kitabına girə bilmək üçün lazım olan 124 saatlıq müddəti tamamlaya bilməyib. Ancaq Macarıstan rekordu qırıb.