Bakı Apellyasiya Məhkəməsində bloqgerlər Emin Milli və Adnan Hacızadənin şikayəti üzrə məhkəmə prosesi keçirilib
10-03-2010
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Adnan Hacızadənən vəkili İsaxan Aşurov çıxış edərək Səbayel rayon Məhkəməsinin işlə bağlı obyektiv araşdırma aparmadığını və hadisəyə düzgün hüquqi qiymət vermədiyini bildirib. Vəkil məhkəmədən qərarın ləğv olunmasını xahiş edib.
Daha sonra çıxış edən dövlət ittihamçısı isə şikayətin əsassız olduğunu deyib və məhkəmədən birinci instansiya məhkəməsinin qərarın qüvvədə saxlamağı istəyib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdandan sonra Səbayel rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığı elan olunub.
Qeyd edək ki, bloqgerlər E. Milli və A. Hacızadə 2009-cu il iyulun 8-də Azərbaycan paytaxtındakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar.
Onlar Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli biliniblər. Səbail rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. apa