Siqaret çəkmək saç və dırnaq sağlamlığı üçün əhəmiyyətli olan biyotinin bədəndə istifadəsini azaldır
10-03-2010
Siqaretdən istifadə vücudda mənfi təsirlər ortaya çıxarır. Mütəxəssislər siqaret çəkənlərin necə qidalanması ilə bağlı məsləhətlərini təqdim edir. Gündə 5-9 porsiya təzə tərəvəz və meyvə yeyin. Təzə meyvə və tərəvəzlər C vitamininin və antioksidanların zəngin qaynağıdır. Meyvə-tərəvəzlər müxtəlif olsun. Yalnız bir növdə meyvə və tərəvəz yeməyin. Meyvələr və tərəvəzlər rənglərinə görə fərqli quruluşda antioksidanlar ehtiva edər. Xırda tumlu meyvələrdən imtina etməyin. Albalı, böyürtkən, üzüm kimi meyvələr antioksidanlar baxımından çox zəngindir. Bu səbəblə istər qurusu, istərsə də təzəsi olsun, fərq etməz. Qidalanmanızda onlara yer verməyə çalışın.
Həftədə ən azı 2 gün yumurta yeyin. Biyotinlə ən zəngin olan qida qaynağı yumurta sarısıdır.Qidalanmanızda fol turşuna da yer ayırın. Fol turşu ilə zəngin olan qida məhsulları bunlardır - quru paxlalar, tünd yaşıl yarpaqlı tərəvəzlər və fındıq, fıstıq kimi yağlı çərəzlər.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"