Liviya prezidenti Muəmmar Qəddafi İsveçrəyə qarşı cihad çağırışı etməsinə ABŞ əvvəl sərt reaksiya verdi daha sonra isə üzr istədi
10-03-2010
Faktxeber.com-un verdiyi məlumata görə, Liviya prezidenti Muəmmar Qəddafinin İsveçrəyə cihad çağırışı etməsindən sonra ABŞ Liviyaya sərt reaksiya vermişdi. Amma sonradan sərt münasibətə görə, Liviyadan üzr istəyib. Liviya ABŞ-ın üzrünü qəbul edib.
Qəddafinin sözlərini "mənasız sözlər" adlandıran ABŞ Xarici işlər naziri sözcüsü Filip Crouley Liviya prezidentindən üzr istəyərək deyib ki, niyyətim təhqir etmək deyildi. Sözlərimin ikili əlaqələrimizin inkişafının maneə olmasına təəssüf edirəm. Söylədiklərim, Obama rəhbərliyinin fikirlərini əks etdirmir". NTV