FaktXeber.com-un "Anka" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin ədalət naziri Sadullah Yetkin, TBMM Ədalət Komissiyasında gözləyən və ictimaiyyətdə "Daş atan uşaqlar" olaraq xatırlanan Terrorla Mübarizə Qanununda, dəyişiklik nəzərdə tutan qanun üçün CHPdən dəstək və təklif alıb. Qanunda, 18 yaşdan aşağı terror cinayətinə qurşanmış uşaqların həbs müddətinin endirilməsi və uşaq məhkəmələrində mühakimə olunması nəzərdə tutur. CHP, Abdullah Öcalanın da yenidən mühakimə olunmasının nəzərdə tutulduğu iddia edilən maddənin qanunundan çıxması halında, dəstək verəcəklərini bildirib.
Yetkin, "CHP-nin bu maddəyə etirazı var. Bunları dəyərləndirəcəyik, amma ictimaiyyətdəki gözləməni də nəzərə alıb, bu işləri görməyi düşünürük. Bu qanun daxilində təşkil ediləcək uşaq ədalət sisteminə aid tənzimləmələr çox əhəmiyyətlidir. Bu uşaqlar bu ölkənin uşaqlarıdır. Bunlar bizim uşaqlarımızdır. Bu uşaqların gələcəyini, ölkəyə faydalı hala gətirəcək və onların gələcəyini quracaq işlər apara bilsək, eyni zamanda ölkəmizin də gələcəyini qurmuş olacağıq. Bu duyğularla biz bu işi davam etdirəcəyik" deyib.