Sabah Elçin Abbasov və Bilal Əhmədovun apellyasiya şikayətinə baxılacaq
10-03-2010
Fevralın 13-də yüzə yaxın dindarın İslam Peyğəmbərinin şəhadəti münasibətilə Şəhidlər Xiyabanına təşkil etdiyi yürüş zamanı həbs edilənlərdən bir qrupu azad edilsə də, onlardan Bilah Əhmədov, Seynur Hüseynov, Ağəli Yəhyayev, Elçin Abbasov və Elmar Səmədov barəsində 2 aylıq həbsqətimkan tədbiri seçilmişdi.
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün adıçəkilən şəxslərdən Seynur Hüseynov və Ağəli Yəhyayevin Yasmal rayon Məhkəməsində apellyasiya şikayətinə baxılıb. Vəkillərin hüquqlarını müdafiə etdiyi şəxslərin həbs müddətinin ev dustaqlığı ilə əvəz edilməsi barədə qaldırdıqları iddia təmin edilməyib və sözügedən şəxslər barədə məhkəmənin əvvəl çıxardığı qərar qüvvədə saxlanılıb.
Sabah Elçin Abbasov və Bilal Əhmədovun apellyasiya şikayətinə baxılacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl Elmar Səmədovun da apelleyasiya şikayətinə baxılmış, ancaq məhkəmə iddianı təmin etməmişdi.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"