"Los Angeles Times" qəzeti: Türkiyə qanlı keçmişiylə üzləşməli, soyqırımı tanımalıdır
10-03-2010
FaktXəbərin verdiyi məlumata görə, ABŞdakı erməni cəmiyyətinin sıx olaraq yaşadığı Kaliforniya əyalətinin ən məşhur qəzeti "Los Angeles Times", böyük dəstək verdiyi qondarma "soyqırım" qanununa bağlı son hadisələri manşetində şərh edib. Qəzet, Türkiyənin "qanlı keçmişi ilə üzləşməsi" lazım olduğunu iddia edərək, 1915-ci ildə "soyqırım" yaşandığını və hadisələrin belə adlandırılması lazım olduğunu vurğulayıb.
"Bütün ABŞ hökumətlərinin, Türkiyə ilə həyati-strateji ittifaqına diqqət göstərməsini anlayırıq" - deyən qəzet, "Ancaq eyni zamanda ermənilərin, sözügedən komissiyanın tarixi araşdırması istiqamətindəki qorxularını da anlayırıq" - deyən qəzetin manşeti belə sona çatır: "Hədəf, keçmişin qarabasmalarını məzara basdıraraq, türk və erməni arasında sülhün təmin edilməsidir. Bu, həm ABŞın, həm də iki xalqın mənfəətinədir. Bunun reallaşa bilməsi üçün də Türkiyənin üzərinə böyük yük düşür ki, bu da erməni soyqırımının tanınmasıdır."