Əhmədinejaddan Qeytsə: Əfqanıstanda nə axtarırsan?
İran prezidenti ABŞ-ın Müdafiə naziri Robert Qeytsə sual ünvanlayıb
10-03-2010
FaktXeber.com-un verdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad Əfqanıstanda səfəri zamanı ABŞ-ın Müdafiə naziri Robert Qeytsə sual ünvanlayıb. Belə ki Mahmud Əhmədinejad həmkarı Həmid Kərzai ilə Əfqanıstanın paytaxtı Kabil şəhərində təşkil olunan mətbuat konfrasında, ABŞ Müdafiə naziri Robert Qeytsə səslənərək "Öz ölkənizdən 12 min kilometr uzaqda, dünyanın digər nöqtəsindəsiniz. Burda nə axtarırsınız? Terrorçu şəxsləri tutmaq üçün burdasınız? Yoxsa başqa bir planınız var, amma bunu etiraf etməyə cəsarətiniz yoxdur"-deyə söyləyib. Qeyd edək ki, İran prezidenti həmçinin bildirib ki, ABŞ Taliban və "Əl-Qaidə" terror təşkilatına külli miqdarda maliyyə yardımları edir və bununla da regionda sabitliyi pozur.